"Başakşehir"in yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisini Nuri Şahin çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı mütəxəssislə 2 gün sonra rəsmi müqavilə imzalanacaq. O, bu vəzifədə Çağdaş Atanı əvəzləyəcək.
Qeyd edək ki, N.Şahinin son klubu Dortmund "Borussiya"sı olub.