İngiltərənin "Nottinqem Forest" futbol klubu "Mançester Siti"nin qapıçısı Stefan Orteqanı heyətinə qatmaq üçün razılıq əldə edib.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Almaniyalı qolkiper "Nottinqem Forest" klubu ilə qısamüddətli müqavilə imzalayacaq.
Keçidin daimi xarakter alması isə futbolçunun bu mövsüm az oyun vaxtı alması ilə əlaqələndirilir.
Stefan Orteqanın yaxın günlərdə yeni klubuna qoşulacağı gözlənilir.