İngiltərənin "Nottingem Forest" klubu ilə Almaniyanın "Bayer Leverkuzen" klubu arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun "Forest"in 2:1 hesablı qələbəsi ilə bitib.
"Nottingem"in hücumçusu Dan N'Doye hesabı dördüncü dəqiqədə açıb. "Bayer"in hücumçusu Patrik Şik 33-cü dəqiqədə bərabərlik qolunu vurub. Arno Kalimuendo 90-cı dəqiqədə "Nottingem"in qələbə qolunu vurub.
"Nottingem Forest" 2025/2026 İngiltərə Premyer Liqası mövsümünü 38 matçdan 44 xalla 16-cı yerdə başa vurub. "Bayer Leverkuzen" Bundesliqada 34 oyundan 59 xalla altıncı yeri tutuB.