İngiltərə Premyer Liqası təmsilçisi "Nottingem Forest" baş məşqçisi Angelos Postekoqlu ilə əməkdaşlığa son verib.
İdman.biz xəbər verir ki, klubun rəsmi açıqlamasında qərarın ardıcıl uğursuz nəticələr səbəbilə qəbul edildiyi bildirilir.
Komanda 8-ci turda evdə "Çelsi"yə 0:3 hesabı ilə məğlub olduqdan sonra rəhbərlik dərhal Postekoqlu ilə müqaviləyə xitam verib. Bu nəticə ilə "Nottingem Forest" bütün turnirlər üzrə qələbəsiz oyunlar seriyasını 10 matça çatdırıb. Hal-hazırda komanda 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, yunan əsilli avstraliyalı mütəxəssis cəmi bir ay öncə – sentyabrın 8-də "Nottingem Forest"in sükanı arxasına gətirilmişdi. 60 yaşlı Postekoqlu ötən mövsüm "Tottenhem"in baş məşqçisi kimi Avropa Liqasının qalibi olmuşdu.