"Bavariya"nın hücumçusu Nikolas Cekson Almaniya Bundesliqasında iki oyunluq cəzalandırılıb.
İdman.Biz-in məlumatına görə, sanksiyalar Bundesliqa çərçivəsində 1:1 hesabı ilə başa çatan "Bayer Leverkuzen"lə oyundan sonra tətbiq edilib. İlk hissənin sonlarında seneqallı hücumçu ciddi qayda pozuntusuna yol verib və birbaşa qırmızı vərəqə alıb.
Hadisəni araşdırdıqdan sonra intizam orqanları oyunçunu iki oyunluq cəzalandırmaq qərarına gəlib. Buna görə də Cekson Bundesliqa ilə "Union 04" (21 mart) və "Frayburq" (4 aprel) ilə oyunları buraxacaq.
Qeyd etmək lazımdır ki, Nikolas Cekson "Bavariya"da icarə əsasında çıxış edir. Oyunçu "Çelsi"yə məxsusdur.