"Atletik"in və İspaniya millisinin hücumçusu Niko Uilyams Gürcüstan və Türkiyə ilə oyun ərəfəsində zədələnib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano X sosial media hesabında məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, 23 yaşlı hücumçu tam formada olmadığı üçün millinin heyətindən kənarda qalıb.
Qeyd edək ki, İspaniya millisi noyabrın 15-də səfərdə Gürcüstan, 18-də isə evdə Türkiyə ilə qarşılaşacaq.