Nigeriya milli futbol komandasının təyyarəsi Anqolaya məcburi eniş edib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Ojora Babatunde x sosial şəbəkə hesabında paylaşım edib.
Təcili enişə səbəb təyyarənin ön şüşəsində çatın yaranması olub. Eniş təyyarə havaya qalxdıqdan 25 dəqiqə sonra baş verib.
Qeyd edək ki, Nigeriya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 14-də Beninlə səfərdə oynayacaq.