top
Nigar Mirzəliyeva Hamburqda: Transfer, rəqabət və yeni hədəflər - MÜSAHİBƏ Idman.biz
26 yanvar 2026, 16:43
- +

Nigar Mirzəliyeva "Hamburq"da: Transfer, rəqabət və yeni hədəflər - MÜSAHİBƏ

"Hamburq"u seçməyimdə bir neçə səbəb var idi. Klub və baş məşqçi mənim orada olmağım üçün israr edirdi".

Bunu Rusiyanın "Zenit" klubundan Almaniya təmsilçisi "Hamburq"a transfer olunan Azərbaycanın qadın futbolçulardan ibarət millisinin futbolçusu Nigar Mirzəliyeva "Report"a müsahibəsində deyib.

23 yaşlı müdafiəçi transferi ilə yanaşı, Almaniya Bundesliqası haqqında fikirlərini bölüşüb, oradakı rəqabətdən danışıb. O, həmçinin yeni mədəniyyətə öyrəşmək üçün hansı addımlar atacağını və özünü Bundesliqada oynamağa tam hazır hiss etdiyini də vurğulayıb.

Həmin müsahibəni təqdim edirik.

- Almaniya klubuna keçidiniz necə baş tutdu? Digər təkliflər var idi?

- Təklif, düzünü desəm, gözlənilməz oldu. Menecerlər tərəfindən müraciət edildi və Almaniya klubunun məni bəyəndiyi bildirildi. Bu barədə fikrim soruşuldu və təbii ki, müsbət cavab verdim. Çünki hər bir qadın futbolçunun ən böyük arzusu top-liqada oynamaqdır.

- Niyə məhz "Hamburq"u seçdiniz? Klubun layihəsində sizi cəlb edən əsas məqam nə oldu?

- "Hamburq"u seçməyimdə bir neçə səbəb var idi. Klub və baş məşqçi mənim orada olmağım üçün israr edirdi. Düşünürəm ki, Bundesliqa klubuna keçirsənsə, mütləq oynamalı və özünü göstərməlisən. Mənə həqiqətən ciddi maraq göstərən bir neçə klub var idi və bu transferin gələcəkdə daha böyük klublara keçidim üçün çox yaxşı yol açacağını düşünürəm.

- Rusiya ilə Almaniyanın futbol mühiti arasında hansı əsas fərqləri qeyd edə bilərsiniz?

- Düzünü desəm, Rusiya və Almaniya qadın futbolu arasında ciddi fərqlər var. Bundesliqada dünyanın aparıcı futbol ölkələrinin əsas oyunçuları çıxış edir ki, bu da səviyyə fərqini açıq şəkildə göstərir. Rusiya qadın futbolu üçün isə bunu demək çətindir.

- Almaniya futbolu fiziki güc və intizamı ilə seçilir. Özünüzü buna hazır sayırsınız?

- Özümü Bundesliqada oynamaq üçün 100 faiz hazır hiss edirəm. Çünki son bir ildə Rusiyada çıxış etdiyim dövrdə artıq top-liqalardan birinə keçməyin vaxtının çatdığını düşünürdüm.

- Komandadakı rəqabət barədə nə deyə bilərsiniz? Baş məşqçi ilə ilkin söhbətiniz olubmu, sizdən gözləntiləri nədir?

- Rəqabətin olması, təbii ki, mənim xeyrimədir. Bundesliqada rəqabəti qazandığın zaman səni daha böyük uğurlar və daha böyük klubların marağı gözləyir. Baş məşqçi ilə bura gəlməmişdən əvvəl də əlaqəmiz olmuşdu. Artıq bir neçə gündür buradayam və demək olar ki, hər gün geniş müzakirələrimiz olur.

- Heyətdə tanıdığınız və ya nə vaxtsa birlikdə çıxış etdiyiniz futbolçular var?

- Təəssüf ki, burada tanıdığım heç kim yoxdur.

- "Hamburq"un heyətində ilk mövsüm üçün qarşınıza hansı konkret hədəfləri qoymusunuz?

- Futbol hədəfsiz ola bilməz. Təbii ki, mənim də həm klubda, həm də Bundesliqada ad qazanmaq üçün böyük hədəflərim var.

- Bu transferin Azərbaycan qadın futboluna və milli komandaya təsirini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, bu transfer qadın futbolumuza böyük təkan verə bilər. Qadın futbolunun ölkəmizdə tarixi böyük olmasa da, uğurları az deyil. Bundan sonra mən və mənim kimi futbolçuların futbolumuzu daha da irəli aparacağına ümid edirəm və buna inanıram.

- Avropa klublarından birində çıxış etmək milli komandadakı oyununuza nə dərəcədə müsbət təsir göstərəcək?

- Bu, komanda yoldaşlarım üçün də böyük motivasiya olacaq. Çünki əziyyət çəkirsənsə, bir gün Allah onun əvəzini verir. Hər bir futbolçu düşünə bilər ki, bizim futbolçular da top-liqalarda oynaya bilərlər.

- Azərbaycanda futbolla məşğul olan gənc qızlara bu uğurunuzdan sonra hansı tövsiyələri verərdiniz?

- Gənc qızlara demək istəyirəm ki, çox çalışsınlar. Təbii ki, asan deyil, amma mümkündür. Əmin olsunlar ki, hər bir beynəlxalq oyun izlənilir. Özlərinə güvənsinlər.

- Almaniyada legioner həyatına və yeni mədəniyyətə uyğunlaşmaq üçün hansı addımları atmağı planlaşdırırsınız?

- Təbii ki, Almaniya mədəniyyəti ilə bizim mədəniyyət arasında fərqlər böyükdür. Bilirəm ki, asan olmayacaq, amma öhdəsindən gələcəyimə ümid edirəm. Həmçinin qeyd etmək istəyirəm ki, bir ölkənin mədəniyyətini öyrənmək üçün mütləq həmin ölkənin dilini bilməlisən. Bu da qarşıya qoyduğum əsas hədəflərdən biridir.

- Nigar Mirzəliyevanın karyerasındakı ən böyük xəyalı nədir? "Hamburq" bu yolda hansı pillədir?

- Xəyalım qadın futbolunda ən böyük top-klublardan birində oynamaqdır. İnanıram ki, xəyala gedən yol "Hamburq"dan keçəcək. Əlavə olaraq, həyatımda bu günə qədər hər zaman yanımda olan bütün insanlara sonsuz təşəkkürümü bildirirəm. Həqiqətən də hər birinin üzərimdə böyük əməyi var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər