top
Nəriman Axundzadə Kolambus Kryuya keçidi, ilk təəssüratları və azarkeşlərə mesajı barədə danışıb - YENİLƏNİB + VİDEO Idman.biz
Bu gün, 11:12
- +

Nəriman Axundzadə "Kolambus Kryu"ya keçidi, ilk təəssüratları və azarkeşlərə mesajı barədə danışıb - YENİLƏNİB + VİDEO

ABŞ-nin "Kolambus Kryu" komandasına transfer olunan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də çıxış etməkdə maraqlı olub.

Keçidindən sonra ilk dəfə danışan 21 yaşlı oyunçu yeni komandasını seçməsinin səbəbini açıqlayıb.

"MLS-də oynamaq variantı mənə maraqlı gəlirdi və yekunda "Kolambus Kryu" kollektivinə keçmək qərarı verdim. Vətəndən kənarda olmaq həmişə çətindir. Bu, istər ABŞ olsun, istərsə də başqa bir yer. Bütün bunlar futbol həyatının bir hissəsidir. Uyğunlaşma prosesi istər rahat olsun, istər çətin, verdiyim qərarın doğru olduğunu sübut etməyə çalışacağam. Hətta uyğunlaşma prosesi vaxt alsa belə", - deyə o, report.az-a açıqlamasında bildirib.

Azərbaycan millisinin üzvü ABŞ-yə gəlişindən sonra ilk təəssüratlarını da bölüşüb:

"Artıq iki gündür Amerikadayam. Dünən ilk məşqə çıxdım, komandada gözlədiyimdən də isti münasibət gördüm, xoş qarşılandım. İndi isə "Kolambus Kryu"da debüt edəcəyim günü səbirsizliklə gözləyirəm".

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

09:40

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə transfer olunduğu "Kolambus Kryu"nun düşərgəsindən azarkeşlərə qısa mesaj ötürüb.

İdman.Biz xəbər verir ki, 21 yaşlı hücumçu qısa müraciətində "Kolambus Kryu"da xoşbəxt olduğunu qeyd edib.

"Salam, mənim adım Nərimandır, "Kolambus Kryu"da olduğum üçün çox xoşbəxtəm!" – futbolçumuz bildirib.

Xatırladaq ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:40

"Sabah" Premyer Liqada ən böyük hesablı ev qələbəsini qazanıb

Digər
Bu gün, 12:36

Həyat Yoldaşını Daşıma Turniri İngiltərədə Baş Tutdu: Finlandiyalı Cütlük Qalib Gəldi

Futbol
Bu gün, 12:30

Bakıda UEFA Grow Proqramı çərçivəsində Strateji Kommunikasiyalar üzrə seminar keçirilib

Güləş
Bu gün, 12:24

Vasif Bağırov: Finalda dözümlülüyüm çatmadı, dünya çempionatında özümü göstərəcəyəm

Futbol
Bu gün, 12:23

Bakıda UEFA Grow Proqramı Çərçivəsində Strateji Kommunikasiyalar Seminarı Keçirilib

Futbol
Bu gün, 12:22

Premyer Liqa məşqçilərinin maaşları: Pep Qvardiola liderdir

Futbol
Bu gün, 12:20

"Arsenal" Yulian Brandt ilə maraqlanır

Boks
Bu gün, 12:12

Janibek Alimxanulu dopinqə görə çempion titulundan məhrum edildi

Gimnastika
Bu gün, 12:00

Bədii Gimnastika üzrə Açıq Region Birinciliyi Abşeronda Keçiriləcək

Futbol
Bu gün, 12:00

Kris Kuaku "Qarabağ"ı tərk edir

Futbol
Bu gün, 11:58

"Şamaxı" Portuqaliyalı Futbolçu ilə Müqavilə İmzaladı

Futbol
Bu gün, 11:53

"Şamaxı" portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fernandesi transfer etdi

Futbol
Bu gün, 11:51

"Şamaxı" portuqaliyalı yarımmüdafiəçi transfer edib

Basketbol
Bu gün, 11:48

"Mayami Hit" "Vaşinqton Uizards"ı məğlub etdi: Bem Adebayonun 83 xalı 21-ci əsrin rekordu oldu

Voleybol
Bu gün, 11:40

Azərbaycan Yüksək Liqasında qadın voleybolçular arasında XVII tur başlayır: "DH Volley" - UNEC, "Gəncə" - MAA

Futbol
Bu gün, 11:36

"Sabah"dan böyükhesablı qələbə, yubiley qolu və 100-cü Premyer Liqa qələbəsi

Futbol
Bu gün, 11:36

"Liverpul" Din Heysen üçün "Real"a 70 Milyon Avro Təklif Edəcək

Futbol
Bu gün, 11:24

Vidadi Rzayev "Neftçi"nin avrokubok şanslarını dəyərləndirdi

Basketbol
Bu gün, 11:20

Qadın Basketbol Millimiz Bu Gün Bolqarıstanla Qarşılaşır (Avropa Çempionatı Seçmə Oyunu)

Futbol
Bu gün, 11:02

Coy Lens Mikels Azərbaycan Premyer Liqasında 50-ci qol həddini keçib

Futbol
Bu gün, 11:00

"Sabah" Premyer Liqada böyük hesablı qələbələrlə rekordu təkrarladı

Futbol
Bu gün, 11:00

Adil Şükürov: Qələbənin davamlı olmasını istəyirik və hər kəs ən yaxşısını etməlidir

Futbol
Bu gün, 10:56

Aleksandr Qross UEFA Pro çərçivəsində "Bayer Leverkusen" akademiyasında təcrübə keçib

Oxşar xəbərlər