Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, Bakı təmsilçisi Təl-Əviv "Hapoel"i ilə qarşılaşacaq.
Görüş saat 19:00-da başlayacaq.
Yoxlama oyunu
17 iyul
19:00. "Neftçi" - "Hapoel" (Tel-Əviv, İsrail)
Qeyd edək ki, "Neftçi" iyulun 22-də yerli "Termalika", 5 gün sonra Yunanıstanın "Asteras" və avqustun 1-də Kiprin AEL komandaları ilə üz-üzə gələcək.
İdman.biz