top
Dmitro Litvin: Qarabağla heç kim rəqabət apara bilmir Idman.biz
17 iyul 2025, 17:07
- ↺ +

Dmitro Litvin: "Qarabağ"la heç kim rəqabət apara bilmir"

"Səbail"in ukraynalı sabiq müdafiəçisi Dmitro Litvinin Futbolinfo.az saytına müsahibəsi

– Söhbətə ötən mövsümdən başlayaq. Sezonun əvvəlində "Səbail"in Premyer Liqanı tərk edəcəyi proqnozlaşdırılmırdı. Uğursuz nəticənin səbəbi nə oldu?

– Heç ağlıma da gəlməzdi ki, biz sağ qalmaq uğrunda mübarizə aparacağıq, üstəlik, liqadan düşəcəyik. Səbəblər müxtəlif idi. Fikrimcə, əsas səbəb bir mövsümdə 3 fərqli baş məşqçinin olması idi. Hər biri komandaya nəsə özünəməxsus bir şey qatmaq, bir təravət gətirmək istəyirdi, amma bunun üçün vaxt lazım idi, bizdə isə o vaxt yox idi. Nəticələrdə stabillik çatışmırdı. Bunlar futbolçulara təsir edən səbəblər idi. Digər səbəblər isə klub rəhbərliyinin qarşılaşdığı daxili problemlər və çətinliklərlə bağlı idi.

– Necə düşünürsünüz, "Səbail" 1 ildən sonra Premyer Liqaya qayıda biləcək, yoxsa bunu reallaşdırmaq onlar üçün çətin olacaq?

– "Səbail" kimi klub Premyer Liqada yer almağa layiqdir. Ümid edirəm ki, gələn il komanda liqaya geri dönəcək.

– Karyeranızı harada davam etdirəcəksiniz? Yeni komandanızın adı bəllidir?

– Bəli, karyeramı Malayziyada davam etdirməyə qərar verdim. "Kuala Lumpur Siti" klubu ilə anlaşdım.

– Hazırkı transfer dövründə Azərbaycanın başqa klublarından sizinlə maraqlanan, təklif göndərən oldumu? Ümumiyyətlə, karyeranızı Azərbaycanda davam etdirmək istərdiniz?

– Agentimin dediyinə görə, Azərbaycandan da maraq var idi, amma konkret təklif yox idi və gözləmək lazım gəlirdi. Gözlənilmədən Malayziyadan təklif gəldi, klub mənə ciddi maraq göstərdi və bir neçə gün ərzində hər şeyi həll etdik, buna görə çox sevinirəm. Əgər gələcəkdə Azərbaycandan bir təklif olarsa, onu mütləq dəyərləndirəcəyəm.

– Ötən mövsüm Azərbayan çempionatında çoxlu hücumçuya qarşı oynadınız. Sizə ən çox çətinlik yaradan, səviyyə baxımından seçilən forvard kim və ya kimlər idi?

– İlk növbədə, "Qarabağ"ın sabiq hücumçusu Juninyonu qeyd edərdim. O, müdafiəçilərin arxasına açılmaları ilə rəqibin müdafiə xəttini geri çəkir, bu da komandasına böyük boşluqlar qazandırırdı. Juninyo sürəti sayəsində əks-hücumlarda da çox güclü idi. Juninyodan sonra Davit Volkovun adını çəkərdim. "Zirə"nin forvardı cərimə meydançasında düzgün açılmaları və epizodları dəqiq tamamlaması ilə seçilirdi.

"Üçlük"də keçən mövsüm əsas rəqibimiz olan "Kəpəz"in hücumçusu Luis Paçu da var. O, irəlidə topu yaxşı saxlayırdı, bu da komandasına oyunu rəqib meydanına keçirməyə kömək edirdi. "Kəpəz"in vurduğu qolların çoxunda Paçunun əməyi var idi.

– Sizcə, növbəti mövsümdə Azərbaycan çempionatında hansı komanda "Qarabağ"ın hegemonluğuna son qoya bilər? Yoxsa bu, mümkünsüz kimi görünür?

– Heç bir komanda (gülür). "Qarabağ"ın böyük təcrübəsi və sabitliyi var – bir çox futbolçusu illərdir bir yerdə oynayır, komanda mütəmadi olaraq avrokuboklarda iştirak edir və heyətində təxminən eyni səviyyədə 20 futbolçu var. Sadaladıqlarım "Qarabağ"a uzunmüddətli yarışda böyük üstünlük verir, buna görə də çempionatda onlarla heç kim rəqabət apara bilmir. Onlarla bərabər səviyyədə rəqabət aparmaq istəyən klubun ilk növbədə maliyyə imkanları təxminən eyni səviyyədə olmalıdır. İkincisi, zaman lazımdır. Çünki bir çox klub yenidən komanda quracaq və oyun üslubunu, kollektiv münasibətləri formalaşdırmaq üçün dəyişikliklərdən keçməli olacaq. "Neftçi" və "Sabah" gələcəkdə "Qarabağ"la rəqabət apara bilər, amma qarşıdakı mövsümdə yox.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:13

Kompaninin yoxluğunda Denks "Bavariya"nın "Frayburq"la oynaq əvvəlki oyun planını açıqladı

Futbol
Bu gün, 14:00

Markus Babbel: Ballon d’Or dünyadakı ən böyük sirk tamaşasıdır

Futbol
Bu gün, 13:50

U-15 Dünya Kuboku: Azərbaycan millisi Andorraya 1-0 qalib gəldi

Boks
Bu gün, 13:37

Azərbaycanın iki gənc boksçusu Budvada keçirilən dünya çempionatının yarımfinalına çıxır

Boks
Bu gün, 13:28

Daniel Dübua vs Tayson Fyuri döyüşü üçün favori kim?

Futbol
Bu gün, 13:19

Neymar qırmızı kartla meydandan atıldı və bunu irqçilik kimi tanıdı;

Futbol
Bu gün, 13:15

Lineker və Şirer: Fabre Manchester United təklifini geri çəkməli

Futbol
Bu gün, 12:57

Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi

Futbol
Bu gün, 12:46

Rosio Eskandell: Lamin Yamalın uğuru Rokafonda ilham yaradır

Basketbol
Bu gün, 12:40

ABL 4-cü tur: Neftçi – Gəncə, LANDAU Lions – Sumqayıt

Digər
Bu gün, 12:29

Selcan Babayeva Avropa çempionatında qızıl medalla qalib gəldi

Futbol
Bu gün, 12:13

Mançester Yunayted "Mançester Siti"nin sol cinah müdafiəçisini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 11:51

FIFA U-15 Dünya Çempionatı çərçivəsində Bakıda Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası

Futbol
Bu gün, 11:15

Xviça Kvaratsxeliya İngilis klublarının təklifini rədd edib PSG-yə qoşuldu

Qarabağ FK
Bu gün, 11:13

6‑0 qalibiyyətdə altı qolun hamısını iki akademiya təmin edib: Ulduz FA‑nın üç qol, Sabah‑ın iki qol və bir dubl

Futbol
Bu gün, 11:02

Karlton Koul İndoneziyada derbiyə tankla getməsinin səbəbini açıqladı

Digər
Bu gün, 10:53

Volkanovski UFC 333-də Evloyevi nokautla məğlub edərək titulunu qorudu

Qarabağ FK
Bu gün, 10:39

“Sabah” və “Qarabağ” qarşılaşmasında Avropa təcribəsi ilə milli fokus: Kim qalib gələcək?

Futbol
Bu gün, 10:30

Neymar: Ən yaxşı dövrüm PSJ-də

Futbol
Bu gün, 10:06

Ən çox evlənən məşhur futbolçuların siyahısı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-15 milli komandası Andorra və Avstraliya ilə dünya çempionatında qarşılaşacaq

Futbol
Bu gün, 09:58

El-Klassico, Liverpul və Bayern: 25-oktyabr Avropa futbolunda əsas mübarizələr

Güləş
Bu gün, 09:35

Eldəniz Əzizli beşinci dünya çempionluğunu alaraq karyerasını tamamlamayı plan edir

Futbol
Bu gün, 09:30

Barselona və Real Madridın El Klasikosu: Spotify Camp Nouda keçiriləcək

Oxşar xəbərlər