top
Universiada: Qılıncoynadanlarımız şəxsi yarışlarda mübarizəni başa vurublar Idman.biz
17 iyul 2025, 17:35
- +

Universiada: Qılıncoynadanlarımız şəxsi yarışlarda mübarizəni başa vurublar

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qılıncoynatmanın sablya və şpaqa növləri üzrə şəxsi yarışlarda mübarizəyə start verilib.

İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, qız şpaqaçılarımızdan Aynur Quliyeva (4 qələbə) və Nazilə Rəhimova (3 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.

Qrupda 1 qələbəsi olan Xədicə Həsənli mübarizəni dayandırıb. Nazilə Rəhimova ən güclü "32-liy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada neytral idmançı statusunda iştirak edən Polina Xaertdinovaya 13:15 hesabı ilə uduzub. Aynur Quliyeva isə belçikalı Anne Lieve Bultinkə 12:15 hesabı ilə məğlub olub.

Qız şpaqaçılarımız iyulun 20-də komanda yarışında mübarizə aparacaq.

Oğlan sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov qüvvəsini sınayıb. Qrup mərhələsini bir qələbə ilə başa vuran Murad Əkbərov mübarizəni erkən dayandırıb. Hesabında 3 qələbə olan Saleh Məmmədov isə pley-offda Avstraliya təmsilçisi Arnav Rajaya 13:15 hesabı ilə uduzub.

Pley-offda honkonqlu rəqibi Hoi Çun Çanqı (15:13) mübarizədən kənarlaşdıran Maqsud Hüseynli ən güclü "16-lığ"a yüksəlmək üçün Qazaxıstan sablyaçısı Bexultan Abzhalla keçirilən görüşdə 8:15 hesabı ilə uduzub.

Oğlan sablyaçılarımız iyulun 20-də komanda yarışında çıxış edəcək.

*****

13:04

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qılıncoynatmanın sablya və şpaqa növləri üzrə şəxsi yarışlarda mübarizəyə start verilib.

İdman.biz xəbər verir ki, qız şpaqaçılarımızdan Aynur Quliyeva (4 qələbə) və Nazilə Rəhimova (3 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.

Qrupda 1 qələbəsi olan Xədicə Həsənli mübarizəni dayandırıb.

Oğlan sablyaçıların şəxsi yarışı Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu növdə Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov qüvvəsini sınayacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 14:38

UEFA İnfantinoya rəqib namizəd axtarır

Futbol
Bu gün, 14:20

Arsenal braziliyalı hücumçusu Qabriel Jezusu satışa çıxarır

Futbol
Bu gün, 14:08

Aleks Kampos “Barselona”da qalır

Cüdo
Bu gün, 13:53

Azərbaycan milli cüdo komandası dünya çempionatına hazırlaşır

Futbol
Bu gün, 13:34

"Barselona" "Kamp Nou"nu tərk edəcək

Futbol
Bu gün, 13:34

Barselona „Kamp Nou“nu tərk edəcək

Futbol
Bu gün, 13:27

Azər Məmmədov: “Bəzi mövqelərdə güclənməyə ehtiyacımız var”

Minifutbol
Bu gün, 13:00

Araz-Naxçıvanın yeni transferi aylıq 35 min manat maaş alacaq

Boks
Bu gün, 12:56

Azərbaycan boksçuları Almaniyada altı medal qazanıb

Futbol
Bu gün, 12:40

Mançester Yunayted Manu Kone ilə maraqlanır

Basketbol
Bu gün, 12:13

„Neftçi“ Cəbrayıl Əkbərovla müqavilə imzalayıb

Qarabağ FK
Bu gün, 11:58

Elvin Cəfərquliyevin gələcəyi ilə bağlı suallar

Futbol
Bu gün, 11:40

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olub

Digər
Bu gün, 11:34

UFC-dən Ayrılan Mişel Pereyra

Futbol
Bu gün, 11:19

Şamaxı İsrail futbolçusu Teşager Dequnu transfer edib

Qarabağ FK
Bu gün, 11:00

Elvin Cəfərquliyevin gələcəyi sual altındadır

Futbol
Bu gün, 10:49

Pau Kubarsi: “Çoxlarının ağzını yumduq”

Futbol
Bu gün, 10:27

"Kəpəz" sabiq futbolçusunu yenidən komandaya qatmağa çalışıb

Futbol
Bu gün, 10:20

Beşiktaş hücumçuya cavab vermək üçün bir gün vaxt verdi

Basketbol
Bu gün, 10:03

Azərbaycanın gənc basketbolçuları Şimali Makedoniya ilə oyunacaq

Futbol
Bu gün, 10:00

"Kəpəz" sabiq futbolçusunu yenidən heyətə qatmağa çalışıb, lakin razı sala bilməyib

Futbol
Bu gün, 09:48

Fransa millisinin DÇ-2026-da məğlubiyyəti səbəbi ilə Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib

Futbol
Bu gün, 09:40

Frenki de Yonq 4 ay futbola ara verə bilər

Futbol
Bu gün, 09:19

DÇ-2026-nın ikinci finalçısı müəyyənləşəcək: İngiltərə - Argentina

Oxşar xəbərlər