top
Aslan Kərimovdan Sabaha Selye ilə oyunda qələbə üçün tövsiyələr Idman.biz
17 iyul 2025, 17:23
- ↺ +

Aslan Kərimovdan "Sabah"a "Selye" ilə oyunda qələbə üçün tövsiyələr

"Rəqib keçilməz komanda deyil. Bakıdakı oyunda öz boşluqlarını göstərdi".

İdman.biz xəəbər verir ki, bunu Teleqraf-a açıqlamasında veteran futbolçu Aslan Kərimov Sloveniyada "Selye" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

52 yaşlı mütəxəssis əvvəlcə Masazır təmsilçisinin Bakıda 2:3 hesabı ilə məğlub olduğu görüşlə bağlı qənaətindən danışıb.

Onun sözlərinə görə, ilk oyunun ədalətli nəticəsi heç-heçə idi: "İlk matç 2:2 hesablı heç-heçə ilə də bitə bilərdi. Son dəqiqədə buraxdığımız qol bu oyunda işimizi bir az çətinə saldı. Yaxşı rəqibə qarşı oynayacaqlar. Xüsusən, yarımmüdafiə xətti, arxadan oyun quruculuğu "Selye"də ispaniyalı baş məşqçi Albert Rieranın rəhbərliyi altında gözəl alınır. Belə demək mümkündürsə, onlar yarımmüdafiədə çoxluq yaratmağı bacarırlar. İlk oyunda "Sabah"ın problemləri bundan sonra yaranırdı. Çünki istənilən halda meydanın mərkəzində çoxluq yaratmaqla "Sabah"ın müdafiəsinin üstünə daha böyük qüvvə, daha çox oyunçu ilə həmlə edə bilirdilər. Etdikləri həmlələrdən sonra kifayət qədər futbolçuları bu imkanları qola çevirə bilərlər".

Kərimov "bayquşlar"ın mərhələ adlamaq üçün yaxşı fürsətlərinin olduğunu vurğulayıb: "Ən azı standart vəziyyətlər bizim üçün çıxış yollarıdır. Daha sonra bizim cinah oyunçuları rəqibin müdafiə xəttinə təsir göstərə bilirlər. Sürət baxımdan da rəqibin müdafiə xəttini üstələyirlər ki, bu da bizə bir üstünlükdür. İstər-istəməz "Selye" evdə daha öndə oynamalı və daha çox hücum etməli olacaq. Belədə, qapıda o boşluqlar yaranır ki, "bayquşlar" da bundan yararlana bilər. Bir top çox da böyük fərq deyil, geridönüş etmək mümkündür".

Təcrübəli mütəxəssis Sloveniya təmsilçisi qarşısında "Sabah"ın şansını daha az dəyərləndirib: "Ümumi komandaların potensialını götürsək, yenə də oyunun favoriti "Selye" sayılır. Ən azından matça bir top fərqi ilə öndə başlayacaqlar. Düşünürəm ki, şanslar 55/45 faiz "Selye"nin xeyrinədir. Amma bu məsələ heç də həll olunmayacaq dərəcədə problem deyil. Belə oyunlarda "Sabah"ın qol şansı yüzdə-yüz olur. Amma bunun üçün müdafiədə, ələlxüsus meydanın mərkəzində və hücuma meylli oyunçuların aqressivliyi baxımından rəqib kombinasiyalar qurarkən onlara çoxlu sayda pressinq etmək, aqressiv oynamaq lazım gələcək. Bunun öhdəsindən necə gələcəklərini təxmin edə bilmirəm. Öhdəsindən gəldikləri halda, bu oyundan qalibiyyətlə ayrıla bilərlər".

Qeyd edək ki, "Sabah" – "Selye" görüşü eyni adlı stadionda təşkil olunacaq. Bolqarıstanlı hakimlər briqadasının idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Oxşar xəbərlər