top
David Tomas: Şamaxıda həm xoş, həm də tələbkar mühitimiz var Idman.biz
17 iyul 2025, 16:49
- ↺ +

David Tomas: "Şamaxı"da həm xoş, həm də tələbkar mühitimiz var

"Şamaxı"nın braziliyalı yeni transferi David Tomasın futbolinfo.az saytına müsahibəsi

– "Şamaxı"ya keçidiniz necə alındı? Təklif alarkən kiminlə məsləhətləşdiniz və sizi cəlb edən nə oldu?

– Bu təklifdən, Azərbaycandan mənə maraq olmasından xəbər tutduqda çox sevindim. Bu, ölkənin öz ənənəsi olan komandalarından birində, rəqabətli çempionatda oynamaq üçün fürsət idi. Mən də bu fürsəti dəyərləndirməyi lazım bildim.

– "Şamaxı" ilə müqavilə imzalayana qədər Azərbaycan futbolu haqda hansı məlumata sahib idiniz?

– Açığı, Azərbaycan futbolunu yaxından izləmirdim. Amma burada oynamış komanda yoldaşlarım var idi və onlar həmişə bu çempionat haqqında yüksək fikirdə olublar. Azərbaycan Premyer Liqasında çıxış etmək karyerasında irəliləmək istəyənlər üçün yaxşı imkandır və bu da mənim əsas məqsədimdir.

– Yeni komandanızda sizi necə qarşıladılar? Adaptasiya prosesi necə keçir?

– Bütün komanda yoldaşlarım və məşqçilər heyəti məni çox yaxşı qarşıladı. Bizim həm xoş, həm də tələbkar bir mühitimiz var. Bu da möhtəşəm mövsüm keçirməyimizə kömək edəcək.

– Yeni mövsümə hazırlıq prosesində "Qəbələ" ilə yoxlama oyununda 1:2 hesabı ilə uduzdunuz və "Şamaxı"nın yeganə qoluna siz imza atdınız. Matçla və vurduğunuz qolla bağlı təəssüratınız necədir? Müdafiəçi olduğunuzu nəzərə alsaq, karyeranızda çox qolunuz var?

– Mövsümöncəsi ilk yoxlama oyunumuz idi. Məncə, bu görüş gələcəyə ümid verdi, komanda olaraq inkişaf edirik. Vurduğum qola gəlincə, mənim üçün əsas prioritet rəqibin qapımızdan top keçirməsinə mane olmaqdır. Amma qol vurmaq da məni həmişə sevindirir. Buvaxtadək karyeram ərzində hər mövsümdə fərqlənə bilmişəm. Uğurlu seriyanı yeni sezonda da davam etdirəcəyimə ümidliyəm.

– "Şamaxı" ötən mövsüm liqada 10 komanda arasında 7-ci yeri tutmuşdu. 12 komandanın iştirakı ilə keçiriləcək yeni sezonda daha yaxşı nəticə göstərmək mümkün olacaq?

– Bunu bacaracağımıza inanıram. Əgər əzmlə çalışmağa, bütün fikrimizi futbolu yönəltməyə davam etsək, böyük nailiyyətlər əldə edə bilərik. İnkişaf etmək istəyən, gənc komandamız və bizə köməyini əsirgəməyən məşqçilər heyətimiz var. Buna görə də düşünürəm ki, doğru yoldayıq.

– Azərbaycan çempionatında keyfiyyətli hücumçular, xüsusən də legioner forvardlar az deyil. Bu məqam sizi qorxutmur ki? "Şamaxı"nın müdafiə xəttində "keçilməz sədd" ola biləcəksiniz?

– Liqada keyfiyyətli hücumçuların olması mənə əlavə motivasiya verir. Mənim böyük çempionatlarda oynamaq ambisiyam var, ona görə də ən yaxşılara qarşı oynamaqdan zövq alıram. Məndən böyük əzmkarlıq və məsuliyyət gözləyə bilərsiniz. "Şamaxı"ya kömək etmək üçün əlimdən gələn hər şeyi edəcəyəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:13

Kompaninin yoxluğunda Denks "Bavariya"nın "Frayburq"la oynaq əvvəlki oyun planını açıqladı

Futbol
Bu gün, 14:00

Markus Babbel: Ballon d’Or dünyadakı ən böyük sirk tamaşasıdır

Futbol
Bu gün, 13:50

U-15 Dünya Kuboku: Azərbaycan millisi Andorraya 1-0 qalib gəldi

Boks
Bu gün, 13:37

Azərbaycanın iki gənc boksçusu Budvada keçirilən dünya çempionatının yarımfinalına çıxır

Boks
Bu gün, 13:28

Daniel Dübua vs Tayson Fyuri döyüşü üçün favori kim?

Futbol
Bu gün, 13:19

Neymar qırmızı kartla meydandan atıldı və bunu irqçilik kimi tanıdı;

Futbol
Bu gün, 13:15

Lineker və Şirer: Fabre Manchester United təklifini geri çəkməli

Futbol
Bu gün, 12:57

Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi

Futbol
Bu gün, 12:46

Rosio Eskandell: Lamin Yamalın uğuru Rokafonda ilham yaradır

Basketbol
Bu gün, 12:40

ABL 4-cü tur: Neftçi – Gəncə, LANDAU Lions – Sumqayıt

Digər
Bu gün, 12:29

Selcan Babayeva Avropa çempionatında qızıl medalla qalib gəldi

Futbol
Bu gün, 12:13

Mançester Yunayted "Mançester Siti"nin sol cinah müdafiəçisini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 11:51

FIFA U-15 Dünya Çempionatı çərçivəsində Bakıda Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası

Futbol
Bu gün, 11:15

Xviça Kvaratsxeliya İngilis klublarının təklifini rədd edib PSG-yə qoşuldu

Qarabağ FK
Bu gün, 11:13

6‑0 qalibiyyətdə altı qolun hamısını iki akademiya təmin edib: Ulduz FA‑nın üç qol, Sabah‑ın iki qol və bir dubl

Futbol
Bu gün, 11:02

Karlton Koul İndoneziyada derbiyə tankla getməsinin səbəbini açıqladı

Digər
Bu gün, 10:53

Volkanovski UFC 333-də Evloyevi nokautla məğlub edərək titulunu qorudu

Qarabağ FK
Bu gün, 10:39

“Sabah” və “Qarabağ” qarşılaşmasında Avropa təcribəsi ilə milli fokus: Kim qalib gələcək?

Futbol
Bu gün, 10:30

Neymar: Ən yaxşı dövrüm PSJ-də

Futbol
Bu gün, 10:06

Ən çox evlənən məşhur futbolçuların siyahısı

Futbol
Bu gün, 10:00

Azərbaycan U-15 milli komandası Andorra və Avstraliya ilə dünya çempionatında qarşılaşacaq

Futbol
Bu gün, 09:58

El-Klassico, Liverpul və Bayern: 25-oktyabr Avropa futbolunda əsas mübarizələr

Güləş
Bu gün, 09:35

Eldəniz Əzizli beşinci dünya çempionluğunu alaraq karyerasını tamamlamayı plan edir

Futbol
Bu gün, 09:30

Barselona və Real Madridın El Klasikosu: Spotify Camp Nouda keçiriləcək

Oxşar xəbərlər