Azərbaycan idmançıları Almaniyanın Reyn-Rur regionunda keçirilən Universiadada mübarizəni davam etdirirlər.
İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, bu gün bədii gimnastika, qılıncoynatma, badminton, stolüstü tennis, tennis və üzgüçülük üzrə yarışlar keçirilir.
Bədii gimnastikanın fərdi çoxnövçülük yarışlarında İlona Zeynalova və Kamilla Seyidzadə çıxış edirlər. Zeynalova halqa və topla çıxışdan sonra ümumilikdə 49,450 xal toplayaraq hazırda ümumi sıralamada doqquzuncu yerdə qərarlaşıb.
Axşam saatlarında isə qrup hərəkətləri üzrə yarışlarda Azərbaycan komandasının da çıxışı olacaq. Komandanın heyətində Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzan yer alıblar.
İdman.biz