"Neftçi"nin futbolçusu Alfa Konte Syerra Leone millisinə çağırılıb.
İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
23 yaşlı yarımmüdafiəçi iyunda keçiriləcək matçlara dəvət olunub. Kontenin heyətində yer aldığı yığma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki matç keçirəcək. Syerra Leone millisi iyunun 5-də Cibuti, 10-da isə Burkina Faso ilə qarşılaşacaq.
Qeyd edək ki, Konte millidə 2 oyun keçirib.
İdman.biz