"Neftçi" Kamerun millisinin kapitanı və hücumçusu Vensan Abubakara rəsmi təklif göndərib.
İdman.biz "Actu Cameroun"a istinadən xəbər verir ki, Bakı klubu 33 yaşlı forvardla müqavilə şərtlərini müzakirə edir.
Təklifin detalları açıqlanmasa da, bu addımın həm klub, həm də oyunçu üçün maraqlı ola biləcəyi vurğulanır.
Abubakar bu mövsüm hələ klub səviyyəsində rəsmi matça çıxmayıb və "Neftçi"dən gələn təklif onun üçün yeni bir şans ola bilər.
Ekspertlərin fikrincə, zəngin karyerası və avrokubok təcrübəsi olan Abubakar, razılıq verəcəyi təqdirdə komandaya hücum xəttində töhfə verə bilər.
Eyni zamanda, bu transfer oyunçu üçün Kamerun millisi ilə qarşıdakı matçlara hazırlıq baxımından da əhəmiyyətli ola bilər.