Misli Premyer Liqasında X tur davam edir.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun gününə Şamaxıda start verilib.
Rayonun eyniadlı komandası "Neftçi"ni qəbul edib.
Görüş saat 15:00-da start götürüb. Matçı FİFA referisi Tural Qurbanov idarə edib.
Matç məhsuldar alınıb. Görüşdə 5 qol vurulub. Qonaqlar 3:2 hesablı qələbəyə sevinib.
"Ağ-qaralar" bu nəticə ilə xallarının sayını 21-ə çatdırıb və yenidən liderliyə yüksəlib.
Misli Premyer Liqası
X tur
1 noyabr
15:00. "Şamaxı" – "Neftçi" 2:3
Qollar: A. Şuaybu, 24, A. Bouali, 64 - Q. Klisman, 15, B. Almeyda, 49, A. Akeyemi, 75
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı şəhər stadionu