top
Neftçi Sabahı səfərdə məğlub edərək Konfrans Liqasına vəsiqə qazandı Idman.biz
17 may 2026, 20:02
- ↺ +

"Neftçi" "Sabah"ı səfərdə məğlub edərək Konfrans Liqasına vəsiqə qazandı

Misli Premyer Liqasının 32-ci turunun son oyun günündə diqqətlər Masazıra yönəlib.

İdman.Biz xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Neftçi" səfərdə çempion "Sabah" üzərində 2:1 hesablı əzmkar qələbə qazanaraq UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.

Matça sürətli başlayan meydan sahibləri artıq 3-cü dəqiqədə İsayevin qolu ilə hesabı açıblar. Lakin "Neftçi"nin cavabı gecikməyib. 9-cu dəqiqədə Ştoqrin tarazlığı bərpa edib.

İkinci hissədə oyun daha gərgin mübarizə şəraitində davam edib. Həlledici qolu isə 70-ci dəqiqədə Metyu vuraraq "ağ-qaralar"a vacib qələbə qazandırıb.

Beləliklə, "Neftçi" mövsümün bitməsinə bir tur qalmış avrokuboklara vəsiqəni rəsmiləşdirib.

Qarşılaşmadan sonra "Bank Respublika Arena"da Misli Premyer Liqasının mükafatlandırma mərasimi keçirilib və çempionluq kuboku "Sabah"a təqdim olunub.

18:00

Hazırda futbol üzrə Misli Premyer Liqasının 32-ci turu çərçivəsində "Sabah" və "Neftçi" komandaları arasında qarşılaşma keçirilir.

İdman.Biz xəbər verir ki, oyun "Bank Respublika Arena"da baş tutur.

Matçın baş hakimi Kamal Umudludur.

10:05

Bu gün futbol üzrə Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək ikinci qarşılaşma "Bank Respublika Arena"da baş tutacaq.

İdman.Biz xəbər verir ki, "Sabah" "Neftçi"ni qəbul edəcək.

Oyun saat 18:00-da başlayacaq. "Sabah" 75 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. 53 xala malik "Neftçi" isə dördüncüdür.

Misli Premyer Liqası
Üçüncü dövrə, 32-ci tur
17 may (bazar)
18:00. "Sabah" - "Neftçi"

Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Bank Respublika Arena"

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Minifutbol
Bu gün, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Futbol
Bu gün, 18:13

Arda Güler UEFA Çempionlar Liqasında AEK ilə oynayacaq "Real Madrid" heyətində yer almadı

Futbol
Bu gün, 18:00

II Liqa 9-cu tur: "Qaradağ Lökbatan" zirvədə, "Şirvan" ikinci pillədə

Futbol
Bu gün, 17:50

Rəvan Həmzəzadə VII tur I Liqa məclisində hakim olaraq iştirak edir

Futbol
Bu gün, 17:33

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümündə qrup rəqibləri açıqlanıb

Futbol
Bu gün, 17:33

Barselona Həmzə Əbdülkərim iki heyətə çağırıldı

Qarabağ FK
Bu gün, 17:30

İspaniya və Serbiya klublarından Azərbaycan U17 milli komandasına dəvət

Futbol
Bu gün, 17:29

Portuqaliyanın "Porto" klubu Avropada bərabərsiz qalır

Futbol
Bu gün, 17:20

RB Layptsiq Yohan Bakayokonu qış transfer pəncərəsində satmaq niyyətindədir

Digər
Bu gün, 17:13

UFC əfsanələri Kris Vaydman və Dastin Porye əfsanəvi Konor Makqregoru yarımyüngül çəkidə məğlub edəcək olan İliya Topuriya haqqında

Futbol
Bu gün, 17:01

Martin Subimendi qış transferində Arsenaldan ayrılma ehtimalı;

Futbol
Bu gün, 17:00

Cahangir Həsənzadə: "Sabah"ın UEFA Çempionlar Liqasında "Vikinq"ə qarşı yeni mərhələyə yüksəlmək şansını çox aşağı qiymətləndirirəm

Futbol
Bu gün, 16:46

Braziliyalı hücumçu Rişarlisonun agenti Trabzonsporla görüş istəyib

Futbol
Bu gün, 16:45

Aslan Kərimov "Sabah"ın "Vikinq"ə qarşı oyununda standart vəziyyətlər və əks-hücumları əsas təhlükə adlandırdı

Cüdo
Bu gün, 16:35

DİN-ə məxsus cüdo komandası açıq çempionatda xüsusi kuboka sahib oldu

Futbol
Bu gün, 16:34

Harri Keyn, Dieqo Simeonenin Qızıl top tərifinə cavab verdi

Digər
Bu gün, 16:29

Azərbaycanlı taekvondoçu Qaşim Maqomedov Belqrad turnirində qızıl medal qazanıb

Futbol
Bu gün, 16:21

Vikinqin baş məşqçisi Orsheym, ‘Budyo‑Qlimt’ mübahisəsini izah edir və ‘Sabah’la dueldə hazırdır

Futbol
Bu gün, 16:20

Vest Harmony baş məşqçisi Nuno Eşpiritu Santu ilə yollarını ayırdı

Qarabağ FK
Bu gün, 16:14

"Qarabağ" - "Turan Tovuz": Premyer Liqanın 11-ci tur matçının bileti 5 manatdan satışdadır

Oxşar xəbərlər