top
Neftçi rəhbərliyindən Murad Məmmədovun transferi, Vernidubla bağlı planlar və yeni transferlər haqda Açıqlama Sport24.az
21 mart 2026, 13:00
- ↺ +

"Neftçi" rəhbərliyindən Murad Məmmədovun transferi, Vernidubla bağlı planlar və yeni transferlər haqda Açıqlama

"Neftçi"nin baş icraçı direktoru Cenk Sümerin QOL.az saytına danışıb. Sport24.az həmin müsahibəni diqqətinizə çatdırır.

 

- Misli Premyer Liqasının 25-ci turunda "Neftçi" "İmişli"ni darmadağın etdi (6:0). Böyük hesablı qələbəni necə şərh edərdiniz?

- Gözəl oyun oldu. Komanda meydanda istədiklərimizi göstərə bildi. Mövsümün əvvəlindən görmək istədiklərimiz məhz bunlar idi. Səviyyə fərqi özünü göstərdi. Qara qış keçirdik, önümüzdə artıq bayramdır. Bahar gəlir. Oyunumuz yaxşılaşır. Daha da yaxşı olacaq. Bütün bunlar klub rəhbərliyi olaraq bizi sevindirir. Daim məşqçilər korpusumuzun, futbolçularımızın arxasındayıq. Hədəfimiz Avropadır. Qitə kuboklarına qatılmaq istəyirik. Ümid edirik ki, layiqli şəkildə, bu formanın haqqını verərək istəyimizə çatacağıq. 

- Demək olar ki, "Neftçi" bu qələbə ilə "İmişli"dən ilk iki dövrədəki xal itkilərinin əvəzini çıxdı?

- Bunadək "İmişli" ilə oyunlarda 5 xal itirmişdik. Əslində rəqib heç də pis komanda deyil. Xüsusən orta və müdafiə xəttində yaxşı oynayır. Mövsüm ərzində digər komandalara da çətinlik yaradıblar. Məşqçilər korpusumuz rəqibi analiz edərək komandanı oyuna hazırladılar. Üstəlik, heyətdə ciddi itkilərimiz var idi. Sambu, Abubakar zədəli idi. Sako hələ tam bərpa olunmayıb. Buna baxmayaraq, əla çıxış etdik. Xüsusən Varqas, Bruno, Emin Səfərov əla oynadı. Meydanda arzuladığımız Emin Səfərovu gördük. Bu, bizim üçün də, milli komanda üçün də yaxşıdır. Səfərov da Mahmudov kimi milliyə dəvət alıb. Lakin bunlarla kifayətlənməyəcəyik, daha da artıracağıq. İstəyimizdən biri də yerli oyunçularımızın parlamasıdır. "Neftçi" daim gənclərə dəstək olur.

- Mövsümün sonunda bəzi futbolçuların müqavilə müddəti başa çatır. Məsələn, Sambu, Varqas. Artıq indidən onlarla danışıqlara başlanılıb, yoxsa çempionatın bitməsini gözləyirsiniz?

- Hazırda mövsümü neçənci yerdə bitirəcəyimiz önəmlidir. Avrokuboklara getsək, ona uyğun heyətimizi qorumalıyıq. Ümumiyyətlə, məqsədimiz heyəti dəyişmək deyil. Əksinə, hazırkı futbolçuları qorumaqla daha da güclənmək istəyirik. Qışda sadəcə bir oyunçu gətirdik. Onu da çətinliklə. Çox transfer edib heyəti şişirtmək əvəzinə komandaya güc qatacaq futbolçularla anlaşmaq istəyirik. 

- Murad Məmmədovun Kiprin "Pafos" klubuna keçidi nə dərəcə realdır? Bu məsələdə son durum necədir?

- "Pafos" Muradla ciddi şəkildə maraqlanr. O da əvvəldən hədəfinin xaricdə oynamaq olduğunu deyib. Murad bizim övladımızdır, akademiyamızın yetirməsidir. Biz də onun seçiminə, qərarına hörmətlə yanaşırıq, dəstəkləyirik. Keçid baş tutarsa, buna yalnız sevinərik.

- Muradın "İmişli" ilə maçtda meydana çıxmaması transfer məsələsi ilə bağlı idi?

- Xeyr, əlaqəsi yoxdur. Əvvəlki matçlarda forma geyinib. Bilirsiniz ki, Yuri Vernidub gələndən sonra Murad daha çox oynamaq şansı qazanıb. Onun uğur qazanması bizim üçün önəmlidir. Transferi reallaşarsa, daim diqqətimizdə olacaq. 

- Muradın "Neftçi" ilə müqaviləsi mövsümün sonunda bitir. Bəzən bu cür hallarda gənc futbolçular klublarına daha çox pul qazandırmaq üçün sözləşməni uzadırlar ki, qarşı tərəf kompensasiya ödəsin. Məmmədovla bağlı belə bir plan var?

- Ötən mövsüm müqavilənin yenilənməsi barədə söhbətimiz olmuşdu. Lakin Murad istəmədi. Onun bu qərarını anlayışla qarşılayırıq. Çünki Avropada azad agent statusunda olan futbolçuya daha çox maraq göstərirlər. Belədə transfer şansı daha da artır. Amma istənilən halda biz bu keçiddən Muradı yetişdirdiyimiz üçün pul alacağıq. Özü də bu, heç də kiçik rəqəm deyil. Önəmli olan Muradın Azərbaycanı və "Neftçi"ni Avropada layiqli şəkildə təmsil etməsidir. Bu, digər gənclər üçün də ümid olacaq. Görəcəklər ki, "Neftçi"yə 10-12 yaşında qatılan bir yeniyetmə zəhməti sayəsində bir neçə ildən sonra Avropaya yollandı. 

- Yuri Vernidubu yeni mövsümdə də "Neftçi"də görəcəyik?

- Vernidub bizim baş məşqçimizdir. Ondan razıyıq. Hər hansı sıxıntı yoxdur. O da bizdən razıdır. Daim müsahibələrində bu barədə deyir. Vernidub bizə dəyər verir, biz də onun zəngin təcrübəsindən yararlanmağa çalışırıq. 

- Şər deməsən, xeyir gəlməz. "Neftçi" Avropaya yollanmasa belə, ukraynalı mütəxəssis komandada qalacaq?

- Vernidub hazırda bizim gələcək planlarımıza daxildir. Bilirsiniz ki, o, komandaya mövsümün ortasında qoşulub. Lakin gəlişi ilə "Neftçi"yə ruh, enerji verdi. İndi daha keyfiyyəti komanda görürük. 

- Hər şey qaydasında gedərsə, "Neftçi" avrokuboklara vəsiqə qazanarsa, yayda Abubakar səviyyəsində ulduz transferi mümkündür?

- "Neftçi" üçün hər şey mümkündür. Həm də Abubakar bura şans əsəri olaraq gəlməyib, istəyərək gəlib. Yayda da baş məşqçimizin istədiyi mövqeyə uyğun futbolçuları heyətimizə qatmağa çalışacağıq. Büdcədən lazımi şəkildə istifadə edəcəyik. Onsuz da "Neftçi"dəki futbolçuların hər biri ulduzdur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:06

«Alaves» «Real»ın 10 matçlıq qələbə seriyasına son verdi

Futbol
Bu gün, 03:04

Vensan Kompani "Bavariya"nın çətin dövrdən sonra daha güclü olacağına inam

Şahmat
Bu gün, 02:30

"Hindistanlı Qukeş Dommaracu ilə Özbəkistanlı Cavohir Sindarovun dünya şahmat çempionluğu dördüncü partiyası heç-heçə ilə sona çatdı"

Futbol
Bu gün, 02:20

İnter Cenoa'yı 4:0 məğlub etdi

Futbol
Bu gün, 02:20

Paris Saint‑Germain 2-0 Lorye ilə qələbə qazandı

Futbol
Bu gün, 02:10

Palmeyras 1:0 ilə Libertadores Kubokunu qazanıb, 9 sarı vərəqə

Futbol
Bu gün, 02:07

Muslera "Estudiantes"in "Palmeiras"a məğlubiyyətindən sonra karyerasını başa vurdu

Minifutbol
Bu gün, 02:00

Millinin müdafiəçisi Rüfət Abbasov: Lixtenşteynlə oyunda çox qol vura bilmədik

Futbol
Bu gün, 01:55

"Real Madrid ev sahəsində Alaves‑ə 1:2 məğlub oldu"

Futbol
Bu gün, 01:46

«İnтер Cеноа qarşıсында 4:0 məğlub oldu - Video»

Futbol
Bu gün, 01:40

"Argentinalı yarımmüdafiəçi Nikolas Pas hələ Reala qayıtmaq istəmir"

Futbol
Bu gün, 01:35

Simeone Atletico Madridin 3:2 qalibiyyətini şərh etdi

Futbol
Bu gün, 01:30

Manchester United 40 qol buraxdı, Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komanda

Şahmat
Bu gün, 00:58

Dommaracu Qukeş və Sindarovun dördüncü matçı heç-heçə ilə tamamlandı

Qarabağ FK
Bu gün, 00:40

"Şamaxı" – "Qəbələ" və "Qarabağ" – "Sumqayıt": Misli Premyer Liqasının XIII turunun son matçları

Futbol
Bu gün, 00:39

Makkartiyə Cənubi Afrika dəstəyi – "Sabah" futbolçularının qonaqları

Futbol
Bu gün, 00:31

Karlo Ançelotti "Milan" üçün əbədiləşəcək

Futbol
Bu gün, 00:24

Abdulla Sima Fransa Liqa 1‑də bir oyunda beş qol vuraraq son 12 ildə ilk bunu bacaran futbolçu oldu

Futbol
Bu gün, 00:20

"İbrahim Maza Bayern-in transfer siyahısında yeganə oyunçu deyil"

Futbol
Bu gün, 00:20

Luka Dancelo: Mezzotero çox yetkin futbolçudur

Futbol
Bu gün, 00:10

Mançester Yunayted 65 il ərzində ilk dəfə ardıcıllıqla üç oyununda dörd qol verdi

Futbol
Bu gün, 00:10

"Çelsi" Malo Qustonun yanvarda komandanı tərk etməsinə mane olmayacaq

Futbol
Bu gün, 00:00

"Brentford" 89 il sonra "Mançester Yunayted"i Old Trafford-da məğlub etdi

Futbol
Dünən, 23:55

"Bayern" "Hamburq"la 0:0 heç-heçəyə imza atdı

Oxşar xəbərlər