Azərbaycanın "Neftçi" klubu futbolçusu Elvin Camalovla yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, klubla futbolçu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Neftçi" Elvin Camalova təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunan Camalov bu müddətdə komandanın heyətində 29 rəsmi oyunda meydana çıxıb. O, həmin görüşlərdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.