top
Neftçi Kəpəzi böyük hesabla məğlub etdi - 5:1 Idman.biz
Bu gün, 18:58
- +

"Neftçi" "Kəpəz"i böyük hesabla məğlub etdi - 5:1

Misli Premyer Liqasının X turunun "Neftçi" - "Kəpəz" qarşılaşması başa çatıb.

İdman.Biz bildirir ki, oyunda paytaxt klubu 5:1 hesabı ilə qalib gəlib.

18:54

"Neftçi" - "Kəpəz" oyununda yenə qol vurulub.

İdman.Biz bildirir ki, 90+1-ci dəqiqədə Varqas beşinci topu gəncəlilərin qapısından keçirib - 5:1.

18:51

"Neftçi" - "Kəpəz" oyununda hesab yenə dəyişib.

İdman.Biz bildirir ki, 86-cı dəqiqədə Bassala Sambu dördüncü topu gəncəlilərin qapısından keçirib.

18:41

"Kəpəz" "Neftçi" ilə oyunda ilk qolunu vurub.

İdman.Biz xəbər verir ki, 77-ci dəqiqədə Sadiq Şəfiyev hesab arasındakı fərqi azaldıb - 3:1.

18:37

"Neftçi" - "Kəpəz" oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, 74-cü dəqiqədə Bassala Sambu üçüncü topu gəncəlilərin qapısından keçirib.

18:07

"Neftçi" - "Kəpəz" oyununda ikinci hissə start götürüb.

İdman.Biz xəbər verir ki, "Neftçi"nin ilk hissədən sonra 2:0 üstünlüyü var.

17:54

"Neftçi" - "Kəpəz" oyununda ilk yarı bitib.

İdman.Biz xəbər verir ki, "Neftçi" ilk hissədən sonra 2:0 irəlidədir.

17:29

Misli Premyer Liqasının X turunun "Neftçi" - "Kəpəz" qarşılaşmasında ikinci qol vurulub.

İdman.Biz xəbər verir ki, 23-cü dəqiqədə Vensan Abubakar "Kəpəz" komandasının qapısından top keçirib - 2:0.

17:20

"Neftçi" "Kəpəz" ilə oyunda hesabda irəli çıxıb.

İdman.Biz xəbər verir ki, 19-cu dəqiqədə "Neftçi"nin futbolçusu Emin Mahmudov penaltidən hesabı açıb - 1:0.

17:00

Misli Premyer Liqasının X turu çərçivəsində "Neftçi" - "Kəpəz" oyunu start götürüb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadədir.

16:26

Misli Premyer Liqasının 10-cu turunda bu gün keçiriləcək "Neftçi" - "Kəpəz" matçı üçün heyətlər açıqlanıb.

İdman.Biz xəbər verir ki, komandalar saat 17:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 45. Vensan Abubakar 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala

Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 9. Bassala Sambu 27. Kristian Kostin 22. Luis Ortis

"Kəpəz": 1. Kaçper Rosa 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 38. Cefferson Bentu

Ehtiyat oyunçular: 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. Kresus Donqo 6. Pedro Qomeş

09:15

Misli Premyer Liqasının X turunun növbəti qarşılaşması Bakıda keçiriləcək.

İdman.Biz xəbər verir ki, "Neftçi" "Kəpəz"i qəbul edəcək.

Oyun saat 17:00-da başlayacaq. Əzəli rəqiblər çempionatda 64-cü dəfə üz-üzə gələcəklər. Bu oyunların 30 paytaxt, 21-də Gəncə təmsilçisi qələbə qazanıb, 12-də heç-heçə qeydə alınıb. Topların nisbətində də "ağ-qaralar" xeyli öndədir - 102:64.

9 oyundan sonra "Neftçi" 12 xalla 8-ci, "Kəpəz" 3 xalla 12-ci yerdə gedir.

Misli Premyer Liqası
I dövrə, X tur
1 noyabr

17:00. "Neftçi" - "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
"Palms Sports Arena"

Qeyd edək ki, açılış oyununda "Qarabağ" "İmişli"yə qalib gəlib - 2:0. Turun qalan oyunları 2-3 noyabrda keçiriləcək.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:42

"Bavariya" "Bayer" üzərində 3:0 hesablı qələbə qazandı

Futbol
Bu gün, 23:28

"Napoli" və "Komo" heç-heçə etdi, "Udineze" "Atalanta"nı məğlub etdi

Futbol
Bu gün, 23:22

"Qalatasaray" "Trabzonspor"la heç-heçə edib, liderliyini qoruyub

Futbol
Bu gün, 23:13

"Qalatasaray" "Trabzonspor"la heç-heçə oynadı

Futbol
Bu gün, 23:12

Ruben Amorim "Nottingem Forest"lə heç-heçəyə dair fikirlərini bölüşüb: "Gedikcə oyunumuz yaxşılaşır"

Tennis
Bu gün, 22:58

Paris "Masters": Finalda Oje-Alyassim və Sinner qarşılaşacaq

Futbol
Bu gün, 22:54

"Neftçi" - "Kəpəz" oyununun videoicmalı - 5:1

Futbol
Bu gün, 22:43

Ülvi Babayev Azərbaycan millisində oynamaqdan rəsmən imtina etdi

Futbol
Bu gün, 22:28

PSJ "Nitsa" üzərində minimal hesablı qələbə qazanıb, Ramosun qolu komandaya 3 xal gətirib

Basketbol
Bu gün, 22:24

"Neftçi" NTD üzərində qələbə qazanıb

Futbol
Bu gün, 22:18

"Fulhem" "Vulverhempton"u darmadağın edib

Formula 1
Bu gün, 22:04

Lando Norris "Red Bull"da Ferstappeni dəstəkləyəcək ikinci sürücü olmadığını deyib

Futbol
Bu gün, 21:55

"Arsenal"ın kapitanı "Barselona"ya keçmə ehtimalı

Futbol
Bu gün, 21:50

Bundesliqa: "Mayns" və "Haydenhaym"dan heç-heçə, "Borussiya Mönhenqladbax"dan böyük hesablı qələbə

Futbol
Bu gün, 21:35

"Atletiko Madrid" "Sevilya"nı 3-0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 21:30

"Atletiko Madrid" "Sevilya" üzərində 3-0 hesablı qələbə qazanıb - VİDEO

Futbol
Bu gün, 21:26

"Nottingem Forest" və "Mançester Yunayted" heç-heçə oynadılar

Cüdo
Bu gün, 21:25

Kənan Nəsibov U-23 Avropa çempionatında qızıl, Ömər Rəcəbli gümüş, Aslan Kotsoyev isə bürünc medal qazanıb

Futbol
Bu gün, 21:25

"Zirə"nin "Karvan-Yevlax" üzərində qələbəsi - Videoicmal / "Zirə"nin "Karvan-Yevlax" üzərində qələbəsi (3:2) - Video

Cüdo
Bu gün, 21:16

U-23 Avropa Çempionatı: Kənan Nəsibov Qızıl, Ömər Rəcəbli Gümüş, Aslan Kotsoyev Bürünc Medal Qazandı

Futbol
Bu gün, 21:10

"Arsenal" "Bernli" üzərində Dyökereş və Raysın qolları ilə qələbə qazanıb

Futbol
Bu gün, 21:05

"Kristal Palas" "Brentford"u məğlub etdi

Futbol
Bu gün, 21:00

"RB Leypsiq" "Ştutqart"ı məğlub etdi: Bundesliqada 9-cu tur nəticəsi

Futbol
Bu gün, 20:56

"Bavariya" Manu Kone transferində PSJ və "İnter"lə rəqabət aparır

Oxşar xəbərlər