top
Neftçi futbolçu Sessi Dalmeyda: Messi ilə görüş tarixi bir an idi Idman.biz
Bu gün, 11:14
- ↺ +

Neftçi futbolçu Sessi Dalmeyda: Messi ilə görüş tarixi bir an idi

"Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi".

Bunu "Neftçi"nin yarımmüdafiəçisi Sessi Dalmeyda futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqasının 10-cu turunda "Şamaxı" üzərində 3:2 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsiniz?

- Maraqlı oyun alındı. "Şamaxı" da çox yaxşı komandadır. Heyətlərində güclü futbolçular var. Üstəlik, bu meydanda mübarizə aparmaq asan deyil. Buna baxmayaraq, əlimizdən gələni etdik. Komanda şəklində yaxşı çıxış etdik. Yekunda da layiq olduğumuz qələbəni qazandıq.

- "Neftçi" matça yaxşı başladı, erkən qol vurdu. Lakin sonradan üstünlüyü əldən verdiniz. Bunu nə ilə əlaqələndirmək olar?

- Bu meydanda, süni qazonda oynamaq heç də asan deyil. Öyrəşmək bir qədər vaxt aparır. Bəli, oyuna yaxşı başladıq, hesabı açdıq. Lakin sonradan hər şey istədiyimiz kimi alınmadı. Rəqibin də gücünü nəzərə almaq lazımdır. Onlar da yaxşı mübarizə aparırdılar. Əsas odur ki, qalib gəldik.

- Matçdan əvvəl məlum idi ki, "Neftçi" qalib gəlsə, liderliyi ələ alacaq. Bu məqam motivasiyanızı artırırdı?

- Əlbəttə. Bu matçda 3 xal qazanmaq bizim üçün vacib idi. Artıq birinci pillədəyik. Təbii ki, bu, hələ son deyil. Amma istənilən halda birinci yerdə olmaq çox xoşdur.

- Bu ilin sonuna qədər çempionatda daha altı tur oynanılacaq. Təqvimə nəzərə saldıqda görürük ki, iddialılardan yalnız "Zirə" ilə qarşılaşacaqsınız. Buna əsasən "Neftçi"nin qış çempionluğu şansını necə dəyərləndirirsiniz?

- Bunun üçün çalışacağıq. Hər birimizin istədiyi məhz budur. Lakin tələsmək lazım deyil. Biz indi yalnız növbəti matçı düşünürük. Qarşıda bizi "Kəpəz"lə oyun gözləyir. Həmin görüşdə də qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik.

- Bir müddət əvvəl Benin millisinin heyətində Lionel Messinin vida oyununda iştirak etdiniz. Hətta kapitan qismində argentinalı ulduza hədiyyə də təqdim etdiniz. Həmin anda hansı hisslər keçirirdiniz?

- Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi. Tək mənim üçün yox, futbol adına möhtəşəm bir gün idi. Bu tarixin bir parçası olmaq çox xoşdur. Messi həqiqəqətən də dünya futbolunun əfsanəsidir. Çox şadam ki, həmin görüşdə iştirak etmək mənə də qismət oldu. Möhtəşəm hisslər yaşadım.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Şahmat
Bu gün, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq;

Digər
Bu gün, 11:11

Azərbaycanın deflimpiyaçıları karate üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar

Futbol
Bu gün, 11:05

Barselona Alexandro Balde satmaq niyyətindədir;

Boks
Bu gün, 11:01

Azərbaycan U-23 boksçuları Türkiyə yığması ilə Avropa çempionatına hazırlıqda

Qarabağ FK
Bu gün, 11:00

Jali Muaddib Neftçi ilə razılaşdı, amma son anda Qarabağ'a transfer oldu

Futbol
Bu gün, 10:59

İkinci Liqada 9-cu turun ikinci oyun günündə iki qarşılaşma

Futbol
Bu gün, 10:43

Nyukasl Evertonu Yenidən Qarşılayacaq – Afisha

Futbol
Bu gün, 10:40

Paulo Fonseca "Lion" klubuna keçdi

Voleybol
Bu gün, 10:28

Azərbaycan Super Liqasının 2026/2027 mövsümündə qadın voleybolçuların başlanğıc tarixi 6 noyabr elan edildi

Futbol
Bu gün, 10:20

Bavariya Atleti­ko ilə oyunu buraxa bilər: Olise zədəsi

Futbol
Bu gün, 10:13

Liverpool sol cinahı gücləndirmək üçün beş namizədin transferini düşünür

Futbol
Bu gün, 10:00

Akinyemi: Neftçi çempionluğa hədəflənir, inamımız böyükdür

Futbol
Bu gün, 09:58

Balakən futbol klubu yenilənən stadionu tamamlamış – video

Futbol
Bu gün, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekordu qırdı

Futbol
Bu gün, 09:40

Kristal Pelas hücumçusu müqavilə uzadıla bilmədi

Futbol
Bu gün, 09:23

Arsenal'dan qovulan Harry Keyn Qızıl Topu qazandı

Futbol
Bu gün, 09:20

Hakerlər Corinthians saytını hücum etdilər, Lionel Messi transfer iddiası yayımladı

Oxşar xəbərlər