Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" növbəti yoxlama oyununu keçirib.
İdman.Biz-in məlumatına görə, "ağ-qaralar" Misirin "Piramids" klubu ilə üz-üzə gəlib.
"Məhəmməd bin Zayed" stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Azərbaycan təmsilçisinin qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.
09:36
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışını davam etdirən "Neftçi" növbəti yoxlama görüşünü keçirəcək.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi Misirin "Piramids" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma "Məhəmməd bin Zayed" stadionunda baş tutacaq və oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.