top
Neftçi 2025/26 Premyer Liqasında cərimələr üzrə liderdir Idman.biz
29 may 2026, 11:15
- ↺ +

"Neftçi" 2025/26 Premyer Liqasında cərimələr üzrə liderdir

"Neftçi" futbol klubu Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə ümumi pul cərimələrinin məbləğinə görə rekordçu olub.

İdman.Biz-in Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin Premyer Liqanın 1-ci turundan 33-cü turunadək tətbiq etdiyi sabit maliyyə sanksiyaları əsasında apardığı hesablamalara görə, Bakı klubu ümumilikdə 165 min manat cərimə ödəyib.

Qeyd edək ki, hesablamalar zamanı yalnız Azərbaycan Premyer Liqası ilə bağlı qərarlar nəzərə alınıb. Azərbaycan Kuboku, Birinci və İkinci Liqa, əvəzedici heyətlər, uşaq turnirləri, xəbərdarlıqlar və yalnız dəymiş ziyanın ödənilməsi ilə bağlı maddələr hesaba daxil edilməyib.

"Neftçi"nin ikinci yerdə qərarlaşan komandadan üstünlüyü kifayət qədər böyük olub. Bakı təmsilçisi ən yaxın izləyicisi "Qarabağ"ı 76,4 min manat "qabaqlayıb". Bu rəqəm intizam reytinqinin aşağı pillələrində yer alan bir neçə klubun ümumi cərimə məbləğinə yaxındır.

Ölkə çempionatının ən intizamsız komandaları sırasında ilk üçlüyü 62,2 min manat nəticə ilə "Sumqayıt" tamamlayıb. Azərbaycanın yeni çempionu "Sabah" isə 51,5 min manat ödəyərək beşinci pillədə qərarlaşıb.

Mövsümün ən böyük birdəfəlik cərimə paketi də "Neftçi"nin payına düşüb. Premyer Liqanın 28-ci turunda keçirilən "Zirə" - "Neftçi" matçından sonra klub 26,2 min manat cərimələnib. Bu məbləğə sarı vərəqə limitinin aşılması, komanda nümayəndələrinin və futbolçunun qırmızı vərəqə alması, eləcə də azarkeşlərin davranışı ilə bağlı sanksiyalar daxil olub.

İkinci ən yüksək göstərici də "Neftçi"yə məxsusdur - 23-cü turda "Turan Tovuz"la oyundan sonra klub 23 min manat cərimə olunub. Həmin vaxt buna səbəb təhqiramiz banner və azarkeşlərin kütləvi təhqiramiz ifadələri olub.

Bir oyun üzrə ən böyük cərimələr siyahısında üçüncü yeri "Qarabağ" tutub. Ağdam klubu 22-ci turda "Sabah"la görüşdən sonra 20,7 min manat cərimələnib. Məbləğin əsas hissəsi azarkeşlərin davranışı və oyundan sonra baş verən insidentlərə görə məşqçilər korpusunun nümayəndələrinə verilən cəzalarla bağlı olub.

Reytinqin digər tərəfində isə mövsümün ən intizamlı komandaları qərarlaşıb. Ən az cərimə alan komandaların ilk "üçlüy"ü belə formalaşıb: "Turan Tovuz" - 9,7 min manat, "Şamaxı" - 10,3 min manat və "Zirə" - 10,9 min manat.

Beləliklə, "Neftçi" mövsümün əsas intizam antiqəhrəmanına çevrilib. "Turan Tovuz" isə Premyer Liqanın 12 klubu arasında ən az pul cəriməsi ödəyən komanda olub.

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümü üzrə klubların yekun cərimə reytinqi:

"Neftçi" - 165 min manat

"Qarabağ" - 88,6 min

"Sumqayıt" - 62,2 min

"Kəpəz" - 62,1 min

"Sabah" - 51,5 min

"Qəbələ" - 30,4 min

"Karvan-Yevlax" - 23,6 min

"İmişli" - 23,5 min

"Araz-Naxçıvan" - 20,4 min

"Zirə" - 10,9 min

"Şamaxı" - 10,3 min

"Turan Tovuz" - 9,7 min

Beləliklə, Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün yekunlarına əsasən klubların ödədiyi ümumi cərimə məbləği 558,2 min manat təşkil edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Oxşar xəbərlər