PSJ-nin hücumçusu Kilian Mbappenin mövsümün sonunda komandanı tərk etməsi münasibətilə təşkil etdiyi vida mərasiminə Fransa prezidenti Emmanuel Makron və klubun rəhbəri Nasser Əl-Xelaifi qatılmayıb. Sport24.az Fransa mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu onların hər ikisinə dəvət göndərib.
Ancaq Parisdə baş tutan tədbirə nə Makron, nə də Əl-Xəlaifi gəlib. PSJ-nin rəhbərinin Mbappe ilə münasibətləri qaydasında deyil. Makronun tədbirə qatılmamasının səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, hücumçu 2017-ci ildən PSJ-də çıxış edir. O, 2023/2024 mövsümündə paytaxt klubunun heyətində meydana çıxdığı 47 oyunda 44 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb. Mbappenin 2024-cü ilin yayında "Real"la müqavilə bağlayacağı bildirilir.