"Əməliyatım uğurla keçdi. Hazırda rayonda istirahət edib zədəmi sağaltmaqla məşğulam". Bu sözləri Sport24.az açıqlamasında "Qəbələ"nin müdafiəçisi Murad Musayev deyib.
Premyer Liqanın XXXVI turu çərçivəsində baş tutan "Sumqayıt"la matçda zədələnən futbolçu karyerasıyla bağlı qərar verməyə tələsmədiyini də bildirib: "Əməliyat olsam da, ən azı 4 ay yaşıl meydanlardan uzaq qalacam. "Qəbələ"də qalmaq və ya başqa klublara keçməyə gəlincə, hələlik tələsmirəm. Hazırda əsas istəyim zədəmin tam sağalmasıdı. Zədələnməmişdən öncə bəzi klublardan təkliflərim var idi. Adlarını açıqlamayacam. Tam bərpa olduqdan sonra bu barədə düşünəcəm".
Qeyd edək ki, Musayev sol axil vətərinin tam qopması üzündən cərrahi müdaxiləyə məruz qalıb.
POLAD AZƏR