Azərbaycanlı futbolçu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" İsveç çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun komandası səfərdə "Brommapoykarno"nu məğlub edib.
9-cu turun oyununda "Yurqorden" 5:0 hesabı ilə qalib gəlib. Musanın adı iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Qurbanlının komandası 9 oyundan sonra 19 xalla 2-cidir.
İdman.biz