"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu Musa Qurbanlını heyətinə cəlb edib.
22 yaşlı forvardla üç illik müqavilə imzalanıb. İsveçin "Yurqorden" klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.
Qurbanlı peşəkar karyerasına "Qarabağ"da başlayıb. O, 2019-20-ci illərdə komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında "Zirə"də çıxış edib. 2021-ci ilin iyunundan Ağdam klubunun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında "Qarabağ"dan İsveç klubuna transfer edilib.
Qeyd edək ki, Musa Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.
İdman.biz