top
Musa Qurbanlı Neftçi ilə oyundan sonra: Hörmətin qarşılığı hörmət olmalıdır Sport24.az
27 aprel 2026, 08:00
- ↺ +

Musa Qurbanlı "Neftçi" ilə oyundan sonra: "Hörmətin qarşılığı hörmət olmalıdır"

"Maraqlı oyun alındı. "Neftçi" ilə oyunlarımız derbidir. Həmişə gərgin matç keçir". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Musa Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Hücumçu 29-cu turda "Neftçi"ni 5:1 hesabı ilə məğlub etdikləri oyun haqqında fikirlərini bölüşüb:

"Stadiondakı azarkeşlər möhtəşəm idi. Atmosfer gözəl idi. Fanatlarımıza bizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Bol qollu, maraqlı oyun idi. Həm bizim üçün, həm də tamaşaçılar üçün maraqlı qarşılaşma alındı".

Qurbanlı görüşdə dubl etməsinə də toxunub:

"Şükürlər olsun ki, belə alındı. Derbidə qol vurmaq ayrı sevinc verir. Ona görə matça çox motivasiyalı hazırlaşmışdım. Qollar vurmağım, məhsuldar ötürmə verməyim, komandama faydalı olmağım məni sevindirir. Amma dayanmalı deyilik. Dörd gündən sonra "Neftçi"yə qarşı daha bir oyunumuz var. Boşalmaq olmaz, ciddi hazırlaşmalıyıq".

Forvard öz işlərini görməyə çalışdıqlarını vurğulayıb:

"Başqa komandaların uğuru və ya uğursuzluğu haqqında düşünmürük. Öz işimizi görürük. Hər qarşılaşmada maksimum nəticədə qazanmaq istəyirik".

O, "Neftçi" azarkeşlərinin son dəqiqələrdəki davranışına da münasibət bildirib:

"Emil Balayevə dedim. Komandanın kapitanlarından biridir. Hamı razılaşar ki, bu, düzgün deyil. Biz həm "Neftçi"yə, həm də azarkeşlərinə klub olaraq hörmətlə yanaşmışıq. Hörmətlə də yanaşırıq. Çünki "Neftçi" böyük və tarixi klubdur. Azərbaycanın ən böyük klublarından biridir. Hörmətlə yanaşırıq. Əslində, hörmətin qarşılığı hörmət olmalıdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

Du Keyruş “Barselona”nın müdafiəçisinin forması ilə dəyişdi

Qarabağ FK
Bu gün, 18:22

"Lids" "Seltik"də oynayan "Qarabağ"ın sabiq hücumçusu Kamilo Duranın transferində maraqlıdır

Qarabağ FK
Bu gün, 18:20

Mehman Allahverdiyev Gəncəyə qayıdıb: "Neftçi"də qalmaq məcburiyyəti və "Kəpəz"ə bağlılığı - MÜSAHİBƏ

Futbol
Bu gün, 18:20

"Neftçi" "Zirə"yə qarşı oyuna hazırlığını başa vurdu

Güləş
Bu gün, 18:10

Azərbaycan Güləş Federasiyasında DÇ medalçısı veteran güləşçilərlə görüş keçirilib

Futbol
Bu gün, 18:08

Barselona Arsenal

Güləş
Bu gün, 18:04

AGF veteran güləşçilərlə görüşdü, İordaniyadakı dünya çempionatında medal qazananları təbrik etdi

Futbol
Bu gün, 18:02

Qalatasarayın prezidenti Dursun Özbək: Ardıcıl beşinci çempionluq hədəfləyirik

Futbol
Bu gün, 18:00

Rusiyalı jurnalist İqor Rabiner: Bakı Olimpiya Stadionunun qazonu əla vəziyyətdədir

Futbol
Bu gün, 17:52

FIFA-nın rəsmi saytı haker hücumuna məruz qalıb, 12 GB-dan çox məlumat oğurlanıb

Futbol
Bu gün, 17:49

Şahdağ Qusar I Liqası 1-ci dövrənin qalibi oldu;

Boks
Bu gün, 17:44

Boksçudan sərbəst buraxıldı: keçmiş dünya çempionu ICE tərəfindən 10 gün sonra azad edildi

Futbol
Bu gün, 17:40

"Sabah" "Barselona"ya 1:4 hesabı ilə məğlub oldu: Hansi Fikin komandası hansı çətinliklərlə üzləşdi?

Futbol
Bu gün, 17:30

Sumqayıt klubunun məşqçi və futbolçu heyəti yeni idarəçilik qaydaları öyrəndi;

Digər
Bu gün, 17:30

Qətərdə 90 km uzun məsafəli ultra marafon

Futbol
Bu gün, 17:28

Pyer-Emerik Obameyanq "Deportivo"ya məşqə gedərkən yol qəzasına düşüb

Voleybol
Bu gün, 17:27

Varqas tullanışından yaranan əmtəə nişanı mübahisəsi

Tennis
Bu gün, 17:20

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kubokunun qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 17:20

Premyer Liqa hakimləri Leni Yoronun qırmızı vərəqəsinin ləğv olunması qərarına etiraz edir

Digər
Bu gün, 17:15

Yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Güləş
Bu gün, 17:07

Giorgi Meşvildişvili Hindistan Peşəkar Güləş Liqasının əsas transfer hədəfinə çevrilib

Futbol
Bu gün, 17:03

Sneyder Ramosun hədiyyə etdiyi formanı hərracda 65 min avroya satıb

Futbol
Bu gün, 17:00

Kəpəz"də Verdaska 11 həftədir meydanda yoxdur – 6 həftəlik zədəniyyət niyə uzanıb?

Futbol
Bu gün, 17:00

Ayxan Abbasovun səhvləri var, amma futbolumuzun bütün günahını onun üzərinə atmaq yanlışdır

Oxşar xəbərlər