"Neftçi"dən ayrılan Murad Məmmədov karyerasını Kiprdə davam etdirəcək.
İdman.Biz xəbər verir ki, 20 yaşlı vinger "Pafos" klubu ilə rəsmi müqavilə imzalayıb.
Tərəflər arasında bağlanan sözləşmənin müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Neftçi" klubunun yetirməsi olan istedadlı yarımmüdafiəçi həmçinin Azərbaycanın U-21 millisinin də üzvüdür.