"Real Madrid"in baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının dördüncü turunda "Betis"ə qarşı keçirdikləri matçda aldığı sarı vərəqəni şərh edib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis görüşün 55-ci dəqiqəsində hakim tərəfindən xəbərdarlıq alıb.
"Niyə mənə sarı vərəqə verdilər? Mən yerimdən sıçradım, çünki "Betis"in oyunçusu ölmüş kimi davranırdı. Mənə nəyə görə sarı vərəqə göstərdiklərindən anlayışım yoxdur", - deyə Mourinyo mətbuat konfransında bildirib.
Qeyd edək ki, "Real Madrid" "Betis"ə 0:1 hesabı ilə uduzub. Yeganə qol 81-ci dəqiqədə vurulub, 90+4-cü dəqiqədə isə Kilian Mbappe penaltini reallaşdıra bilməyib.
Bu məğlubiyyət madridlilər üçün Mourinyonun baş məşqçi postuna qayıdışından sonra ilk olub.