top
Misli Premyer Liqasında yeni efir qrafikası pilot layihəsi ilə canlı yayımların təkmilləşdirilməsi Sport24.az
03 fevral 2026, 19:08
- ↺ +

Misli Premyer Liqasında yeni efir qrafikası pilot layihəsi ilə canlı yayımların təkmilləşdirilməsi

Misli Premyer Liqasında canlı yayımların keyfiyyətinin və rəngarəngliyinin artırılması istiqamətində pilot layihə reallaşdırılıb. Sport24.az xəbər verir ki, Peşəkar Futbol Liqası 18-ci tur çərçivəsində oyunların yayımı ilə bağlı yeni efir qrafikasını sınaqdan keçirib.

 

Layihə beynəlxalq "Insport" şirkəti və "CBC Sport" televiziyası ilə birgə reallaşdırılıb. İlk test oyunu "Zirə" – "Sabah" matçı olub..

 

Tətbiq edilən yeni efir qrafikası oyunun gedişində statistik məlumatların daha ətraflı və vizual formada təqdim olunmasına imkan yaradıb. Canlı yayım zamanı topa sahib olma faizi, zərbələrin sayı, hücumların istiqaməti, pressinqin intensivliyi, eləcə də futbolçuların fərdi göstəriciləri real vaxt rejimində tamaşaçıların diqqətinə çatdırılıb.

 

Ardınca pilot layihə "Qarabağ" – "Turan Tovuz" qarşılaşmasında da davam etdirilib. Həmin oyunda Ağdam təmsilçisi topa nəzarətdə üstünlük nümayiş etdirərək ümumilikdə 65 faiz göstəriciyə imza atıb, ilk hissədə isə bu rəqəm 70 faizə yüksəlib. "Qarabağ" matç ərzində 567 ötürmə edib və onların 85 faizi dəqiq alınıb. Meydan sahibləri 8 zərbə ilə yadda qalıb, bunlardan 5-i qapı çərçivəsinə düşüb.

"Turan Tovuz" isə daha çox yaratdığı təhlükəli epizodlarla fərqlənib. Qonaqların gözlənilən qol göstəricisi (xG) 1.83 təşkil etsə də, bu üstünlük hesabda əksini tapmayıb. Qarşılaşmada yeganə qolu 41-ci dəqiqədə Abdullah Zubir vuraraq komandasına qələbə qazandırıb.

 

Yeni tətbiq edilən efir qrafikası digər diqqətçəkən məqamlarla da yadda qalıb. "Zirə" – "Sabah" oyununun 39-cu dəqiqəsində Aron Maludanın topa toxunuş layihəsi qrafika şəkilində təqdim olunub. Həmçinin, oyunçular əvəzlənən zaman onların aktivlik xəritəsi də təqdim olunub. "Qarabağ" – "Turan Tovuz" matçında İbrahima Vadjinin meydanda olduğu müddətdə qət etdiyi məsafə və meydanın hansı hissələrində mübarizə apardığı qrafika şəklində göstərilib. Bununla yanaşı, futbolçular tərəfindən ötürmələrin dəqiqliyi də efir qrafikasında öz əksini tapıb. "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviçin mövsüm ərzində uzun ötürmələrinin dəqiqliyi 79% qiymətləndirilib. 

 

Misli Premyer Liqası matçlarının canlı yayımında oyunun taktiki və statistik tərəflərini daha anlaşılan, eyni zamanda vizual formada təqdim etmək pilot layihəsinin əsasını təşkil edib. Bu yanaşma azarkeşlərin qarşılaşmaları daha əhatəli və məlumatlı izləməsinə imkan yaradıb.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Dünən, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Dünən, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Dünən, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Dünən, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Dünən, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Dünən, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Dünən, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Dünən, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Dünən, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Dünən, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Oxşar xəbərlər