Bu gün Misli Premyer Liqasının X turuna yekun vurulur.
İdman.Biz xəbər verir ki, sonuncu matçda "Sabah" "Qəbələ"ni qəbul edir.
"Bank Respublika Arena" keçirilən oyun artıq start götürüb.
18:35
Misli Premyer Liqasının X turu çərçivəsində "Sabah" "Qəbələ"ni qəbul edir.
İdman.Biz bildirir ki, komandaların start heyətləri açıqlanıb.
"Sabah": 92. Stas Pokatilov 2. Amin Seydiyev (k) 5. Rəhman Daşdəmirov 20. Coy Lens Mikels 21. Velko Simiç 3. Stiv Solvet 70. Cesse Sekidika 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 46. Aleksey İsayev 10. Anatoli Nuriyev 8. Ayaz Quliyev 6. Abdulax Xaybulaev 88. Xəyal Əliyev 40. İqor Noqeyra 11. Kahim Parris 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 42. Jondo Fuxs 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
09:09
Bu gün Misli Premyer Liqasının X turuna yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, sonuncu matçda "Sabah" "Qəbələ"ni qəbul edəcək.
Qarşılaşma saat 19:30-da start götürəcək. Meydan sahibləri 15 xalla altıncı, qonaqlar 5 xalla onuncu pillədə qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, X tur
3 noyabr
19:30. "Sabah" – "Qəbələ"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
"Bank Respublika Arena"
Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (3:2) məğlub edib.