Misli Premyer Liqasında VII turu çərçivəsində "Qarabağ" - "Kəpəz" qarşılaşmasında hesab açılıb.
İdman.biz xəbər verir ki, 37-ci dəqiqədə "Qarabağ" komandasından Samy Mmae fərqlənib - 1:0.
17:00
Misli Premyer Liqasında VII turu çərçivəsində "Qarabağ" - "Kəpəz" qarşılaşması start götürüb.
İdman.biz xəbər verir ki, oyun "Azersun Arena"da baş tutur.
09:28
Misli Premyer Liqasında VII turun oyunları davam edir.
İdman.biz xəbər verir ki, tur çərçivəsində bu gün daha iki oyun keçiriləcək.
Günün ilk matçı "Azersun Arena"da baş tutacaq. Həftəiçi Çempionlar Liqasında "Kopenhagen"i məğlub edən "Qarabağ" yeni baş məşqçi ilə anlaşan autsayder "Kəpəz"i qonaq edəcək. Kağız üzərində Gəncə təmsilçisi şanssız görünsə də futbolun sürprizlərlə dolu bir idman növü olduğunu unutmaq olmaz.
Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, VII tur
17:00. "Qarabağ" - "Kəpəz"
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Bakı. "Azersun Arena".