top
Misli Premyer Liqası məşqçilərinin sorğusu: Milli komandanın baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdır? Idman.biz
16 sentyabr 2025, 12:06
- +

Misli Premyer Liqası məşqçilərinin sorğusu: Milli komandanın baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdır?

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərəhləsinin ilk oyunundan sonra istefaya göndərildi. Səfərdə İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildi.

Milli komandanın yeni baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdır?

İdman.biz xəbər verir ki, "Report" bununla bağlı Misli Premyer Liqasında mübarizə aparan klubların baş məşqçiləri arasında sorğu keçirib.

Qurban Qurbanov ("Qarabağ"): "Bu, çox həssas məsələdir. Bəzi kriteriyalar var ki, ona düzgün əməl etməliyik. Çünki bu kollektiv içərisində olan qərardır. Tanıdığım yerli məşqçilər var ki, öz üzərilərində çox çalışırlar. İşgüzarlığa böyük önəm verirlər. 4-5 məşqçimiz var ki, gecə-gündüz düşünürlər, bacarıqlarını yaxşılaşdırmaq istəyirlər. Belə olan halda nəticə də olur, intizam da, gözəl kollektiv də. Xaricdən gələn məşqçiləri təəssüf ki, tanımıram. Tanınmış olsalar da. Amma öz məşqçilərimizə böyük dəyər vermişəm. Onları yaxından tanıyaraq belə düşünmüşəm. Ümumiyyətlə, təkcə millidə yox, klubda da yerlilərə güvənməkdən çəkinmək lazım deyil. Onlara güvənib, arxalarında dayanıb, yer açmaq lazımdır".

Rəşad Sadıqov ("Zirə"): "Daha əvvəl də demişdim, milli ilə bağlı məsələyə qayıtmayacam. Hər dəfə yığmada məşqçi istefası reallaşan kimi, oxlar 2-3 nəfərin üzərinə yönəlir. Bu məsələ ilə bağlı çox danışılanda özümü ucuzlaşmış hiss edirəm".

Valdas Dambrauskas ("Sabah"): "Bu sual mənim üçün deyil. Bu, mənə aid olan məsələ deyil. Azərbaycan xalqının, AFFA-nın seçimi olmalıdır. Rəhbərlik seçməlidir".

Samir Abasov ("Neftçi): "Yerli məşqçinin tərəfdarıyam. Son oyun da göstərdi ki, bizi anlayan, futbolumuzun reallığını dərk edən, matça çıxaracaq məşqçi varsa, o da yerlidir. Kim olacaqsa, ona uğurlar arzulayıram, xeyirlisi olsun".

Kurban Berdıyev ("Turan Tovuz"): "Suala cavab vermək istəmirəm. Bu, mənə aid olan məsələ deyil".

Ayxan Abbasov ("Şamaxı"): "Bu sual hər zaman verilir və daha əvvəllər də cavab vermişəm. Mən Azərbaycan millisində yerli mütəxəssisin çalışmasının tərəfdarıyam. Düşünürəm ki, bu daha çox faydalı olar".

Saşa İliç ("Sumqayıt"): "Mənim işim çalışdığım "Sumqayıt"ı irəli aparmaq və bu komandaya fayda verməkdir. Təbii ki, istəyirəm ki, "Sumqayıt"da yer alan yerli futbolçular Azərbaycan millisinə dəvət alsınlar və özlərini yaxşı tərəfdən göstərsinlər. Lakin Azərbaycan yığmasının baş məşqçi məsələsi mənim səlahiyyətimdə deyil".

Adil Şükürov ("Kəpəz"): "Hər şeydən əvvəl futbolçuları düşünməliyik və onların ustalıq səviyyəsini artırmalıyıq. Daha sonra təyin olunacaq baş məşqçinin yerli, yaxud əcnəbi olacağı barədə danışa bilərik. İlk növbədə futbolçular inkişaf etdirilməlidir. Düşünürəm ki, meydana çıxan oyunçulardan çox şey asılıdır".

Kaxaber Sxadadze ("Qəbələ"): "Müvəqqəti də olsa, Ayxan Abbasov millinin baş məşqçisidir. Fikrimcə, yığmada yerli baş məşqçi işləsə, daha yaxşı olar. Çünki özüm də vaxtilə Gürcüstan seçməsində çalışmışam. Mütəxəssisin oyunçularla çalışmağa çox da vaxtı olmur. Onları qısa müddətdə oyunlara hazırlamaq lazımdır. Psixoloji baxımından baş məşqçinin futbolçulara ötürmək istədiyi fikri yerli məşqçi daha yaxşı edə bilər. Təkbətək ünsiyyət həmin anda daha effektli olur. Ayxan Abbasovun 2 gün ərzində millidə olmağı komandada özünü büruzə verdi. Mən demirəm ki, Fernandu Santuş zəif məşqçi idi. Amma yenə bildirirəm ki, yerli məşqçi olsa, daha uğurlu ola bilər".

Xorxe Kaskilya ("İmişli"): "Məncə, bu çox vacib bir məsələdir. AFFA rəhbərliyi milli komanda üçün nəyin münasib olduğunu daha yaxşı bilir. Fikrimcə, baş məşqçi kim olur-olsun, ölkənin dəstəyini qazanmalıdır".

Azər Həşimov ("Karvan-Yevlax"): "Birmənalı şəkildə söyləmək istəyirəm ki, Azərbaycan millisində yerli mütəxəssis çalışmalıdır. Neçə illər yığmaya əcnəbi baş məşqçilər rəhbərlik etdilər. Təəssüf ki, heç bir nəticə qazana bilmədən gediblər. Düşünürəm ki, xarici məşqçilərə ayrılacaq böyük əməkhaqqını daha düzgün istiqamətə yönəlmət olar. Məsələn, bölgələrdə uşaq futboluna yatırım edilsə, bunun daha çox faydasını görə bilərik. Həmin sərmayə sayəsində yerli futbolçular Avropada 3-4 turnirdə iştirak etsələr, çox böyük təcrübə toplayarlar. Bu təcrübə də Azərbaycan futboluna fayda verər. Bundan əlavə, Azərbaycan yığmasına ancaq azərbaycanlı olan baş məşqçi can yandıra bilər. Xarici mütəxəssis məğlub olduqda, çox da təəssüflənmir. Məvacibini alır və çıxıb gedir. Lakin yerli məşqçi uduzanda oturur, düşünür. Məğlubiyyətin səbəblərini araşdırır".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər