Misli Premyer Liqasının 23-cü turunun "Karvan-Yevlax" - "Sumqayıt" oyununda hesab bərabərləşib.
İdman.Biz xəbər verir ki, 90+4-cü dəqiqədə Coy Sleyd Mikels "Karvan-Yevlax" klubunun qolunu vurub - 1:1.
16:13
Misli Premyer Liqasının 23-cü turunun "Karvan-Yevlax" - "Sumqayıt" oyununda hesab açılıb.
İdman.Biz xəbər verir ki, 51-ci dəqiqədə "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb - 0:1.
16:02
Misli Premyer Liqasının 23-cü turunun "Karvan-Yevlax" - "Sumqayıt" oyununda ikinci yarı start götürüb.
İdman.Biz xəbər verir ki, ilk hissə qolsuz bərabərliklə yekunlaşıb.
15:49
Misli Premyer Liqasının 23-cü turunun "Karvan-Yevlax" - "Sumqayıt" oyununda fasilə elan olunub.
İdman.Biz xəbər verir ki, ilk hissə 0:0 hesabı ilə yekunlaşıb.
15:00
Misli Premyer Liqasının 23-cü turunun "Karvan-Yevlax" - "Sumqayıt" oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Əli Əliyev idarə edir.
14:20
"Karvan-Yevlax" Misli Premyer Liqasının 23-cü turunda Yevlax şəhər stadionunda "Sumqayıt"ı qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 15:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Karvan-Yevlax": 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 7. Araz Abdullayev 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 8. Peter Kings 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
"Sumqayıt": 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 72. Rayan Senhadji 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 24. Sənan Muradlı 37. Nihad Orucəli 97. Vüsal Paşayev 95. Nsane Simon 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç
09:12
Bu gün Misli Premyer Liqasının 23-cü turunun oyunu "Karvan-Yevlax" "Sumqayıt" arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Əli Əliyev idarə edəcək.
"Karvan-Yevlax" 7 xalla turnir cədvəlinin on ikinci pilləsində yer alır. 31 xala malik "Sumqayıt" isə altıncıdır.
Misli Premyer Liqası
23-cü tur
7 mart (şənbə)
15:00. "Karvan-Yevlax" - "Sumqayıt"
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax şəhər stadionu.
Qeyd edək ki, 23-cü tura martın 10-da yekun vurulacaq.