Bu gün futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunun oyunu "Araz-Naxçıvan" "Qəbələ" arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 15:00-da başlayacaq qarşılaşmanı Əkbər Əhmədov idarə edəcək.
Hazırda iki xala malik "Araz-Naxçıvan" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Dörd xalı olan "Qəbələ" isə 10-cu yerdədir.
Misli Premyer Liqası
Birinci dövrə, Doqquzuncu tur
23 oktyabr (cümə)
15:00. "Araz-Naxçıvan" - "Qəbələ"
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, tura oktyabrın 25-də yekun vurulacaq.