MLS təmsilçisi "Minnesota Yunayted" Xames Rodrigeslə müqavilə bağlamağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Kolumbiyalı ulduz klubla danışıqları yekunlaşdırmaq üzrədir. Hazırda yalnız son detallar müzakirə olunur və bütün məsələlər həll olunduqdan sonra rəsmi açıqlamanın verilməsi gözlənilir.
Qeyd edək ki, Xames Rodriges karyerası ərzində "Portu", "Monako", "Real Madrid", "Bavariya", "Everton", "Rayo Valekano", və "Sao Paolo" kimi klubların formasını geyinib.