top
Mingəçevir FK rəhbəri Rafael Bünyatovdan müsahibə: Stadionun təmiri, maliyyə vəziyyəti və komandanın hədəfləri Idman.biz
02 fevral 2026, 15:46
- ↺ +

"Mingəçevir" FK rəhbəri Rafael Bünyatovdan müsahibə: Stadionun təmiri, maliyyə vəziyyəti və komandanın hədəfləri

"Üzərimizə əsas stadionun bu il ərzində təmirə bağlanacağını götürmüşdük. O da yay aylarında başlanılmalıdı, qışda bunu etmək mümkün deyil".

Bunu Birinci Liqada mübarizə aparan "Mingəçevir" futbol klubunun rəhbəri Rafael Bünyatov teleqraf.az-a müsahibəsində deyib.

O, müsahibəsində komandanın hazırkı durumu və digər məsələlərlə bağlı suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

– Son dönəmlər "Mingəçevir" klubu ətrafında qeyri-müəyyən durum yaranıb…

– Bizim hədəflərimiz birdir – çempion olmaq. İndi pley-offa doğru gedirik, böyük şanslarımız var. Bəzi oyunçu dəyişikliklərimiz oldu. Bir neçə yoxlama oyunu keçirmişik. Necə başlamışıqsa, elə də davam edirik.

– ASTA ilə "Mingəçevir" klubunun tərəfdaşlığa başlamasından artıq 1 il keçir. Mingəçevir sakinləri bu müddət ərzində verdiyiniz vədləri yerinə yetirmədiyinizi bildirir. Əsasən də, infrastukturla bağlı yenilik yoxdur…

– Üzərimizə əsas stadionun bu il ərzində təmirə bağlanacağını götürmüşdük. O da yay aylarında başlanılmalıdı, qışda bunu etmək mümkün deyil. Çünki texnika ora girə bilmir, bəzi səbəblər var. Bu stadionu söküb təzədən bərpa etmək lazımdır. 30 il bundan qabaq inşa edilən stadiondur. Stadionda işiqlandırma, drenaj sistemi yoxdur, tribunaların bir hissəsi tamamilə sökülməlidir. Əlavə olaraq "Skybox"lar tikilməlidir və s.

– Prosesə nə zaman başlamaq niyyətindəsiniz?

– Yay aylarında, daha doğrusu martdan sonra başlamalıyıq. Bizim istədiyimiz bütün gücümüzü əsas hədəfimiz olan Premyer Liqaya vəsiqə qazanmağa sərf etmək idi. Digər tərəfdən isə öz tenderlərimizi keçərirək hazırlığımızı görürük.

– Mətbuatda klubun futbolçuları və işçilərinin bir neçə aydır məvaciblərini ala bilməmələri barədə məlumatlar yayılır…

– Belə bir şey yoxdur. Ödənişlərin bir hissəsi AFFA-nın ayırdığı büdcədən verilir, digər hissəsi isə sponsor kimi bizim özümüz ödəyirik. Bugünkü günə sadəcə olaraq bir aylıq borc yaranıb. O da elə bir şeydir ki, hər klubda olur. 1 aylıq borc da deyil, 20 günlük borcdur. Yəni ümumi sistem belə işləyir.

– İctimaiyyətdə fikir formalaşıb kı, Adnan Əhmədzadə həbs olunduqdan sonra "Mingəçevir" klubunun gələcəyi sual altındadır…

– Adnan Əhmədzadənin ora heç bir aidiyyəti yoxdur. ASTA-nın prezidenti mənəm. O mənim yaxın dostumdur. Biz 30 ildir dostluq edirik.

– Bəs dostunuzun həbsi ilə bağlı nə deyə bilərsiniz?

– O barədə heçnə deyə bilmərəm, bu mümkün deyil. O barədə bizim xəbərimiz yoxdur.

– "Mingəçevir"in 3 ildən sonra Premyer Liqanın iddialı klublarından biri olacağını demişdiniz. Planlarınız dəyişməyib?

– Xeyr, biz öz 2-3 illik planımızla da gedirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Dünən, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Dünən, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Dünən, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Dünən, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Dünən, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Dünən, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Dünən, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Dünən, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Oxşar xəbərlər