"Arsenal"ın yarımmüdafiəçisi Martin Subimendi UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda "Bavariya" ilə keçiriləcək qarşılaşmada iştirak edə biləcək.
İdman.Biz xəbər verir ki, London klubunun baş məşqçisi Mikel Arteta ispaniyalı futbolçunun komandaya qayıtdığını təsdiqləyib.
"Bəli, o, yenidən bizimlədir. Sabahkı oyunda iştirak edəcək", - deyə Arteta bildirib.
İspaniyalı mütəxəssis topuq nahiyəsindəki problemdən sonra bərpa prosesini davam etdirən Pyero İnkapyenin vəziyyətinə də toxunub:
"Pyero ilə bağlı vəziyyətə baxacağıq. Yaxın günlərdə məşqlərə qoşula bilsə, ‘Everton"la oyuna hazır olacaq. Bu, bizim üçün çox yaxşı xəbər olardı".
Qeyd edək ki, həftənin əvvəlində keçirilən açıq məşqdə Uilyam Saliba və Xristos Tsolis iştirak etməyiblər.
"Arsenal" Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi ilk iki görüşdə qələbə qazanıb. London təmsilçisi sabah üçüncü turda Münhendə "Bavariya"nın qonağı olacaq.