top
Messi İnter Mayamidə 100-cü oyununda fərqləndi, lakin komanda uduzdu: Statistika və müqayisələr Idman.biz
04 may 2026, 04:37
- ↺ +

Messi "İnter Mayami"də 100-cü oyununda fərqləndi, lakin komanda uduzdu: Statistika və müqayisələr

Dünya futbolunun əfsanəsi Lionel Messi karyerasında növbəti yubileyini qeyd edib. 38 yaşlı hücumçu "İnter Mayami"nin heyətində 100-cü rəsmi matçını keçirib.

İdman.Biz xəbər verir ki, Florida derbisində "Orlando Siti" ilə qarşılaşan Messi yubiley gecəsində bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Lakin onun bu performansı qələbə üçün kifayət etməyib və "İnter Mayami" rəqibinə 3:4 hesabı ilə uduzub.

Buna baxmayaraq, Messinin ABŞ-dəki ilk 100 oyunu həm qol, həm də ötürmə sayına görə onun "Barselona" və Argentina milli komandasındakı ilk 100 oyunluq göstəricilərini geridə qoyub. Təcrübəli hücumçu "İnter Mayami"də keçirdiyi 100 qarşılaşmada 86 qol vurub və 45 məhsuldar ötürmə edib. Müqayisə üçün bildirək ki, o, "Barselona"dakı ilk 100 oyununda 41, Argentina millisində isə 46 dəfə fərqlənə bilmişdi.

Messinin ABŞ-dəki uğurları təkcə fərdi göstəricilərlə məhdudlaşmır. O, komandasına tarixindəki ilk üç kuboku - 2023-cü ildə Liqalar Kubokunu, 2024-cü ildə "Supporters Shield" mükafatını və 2025-ci ildə MLS Kubokunu qazandırıb. Argentina millisi ilə ilk 100 oyununda titul qazana bilməyən ulduz futbolçu, "Barselona"da isə eyni dövr ərzində iki La Liqa, bir Çempionlar Liqası və bir İspaniya Superkubokuna sahib çıxıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:20

Bayern'in idman direktoru Olise ilə Real arasındakı danışıqların olmadığını açıqladı

Futbol
Bu gün, 15:20

Barselona, Vilyarreal məhkəməsində qırmızı kart üçün şikayət edəcək

Futbol
Bu gün, 15:12

“İstənilən dövrdə “Barselona” ilə oynamaq çox çətindir” - Vəli Qasımovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 15:08

“Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 15:00

FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi

Minifutbol
Bu gün, 15:00

“Komandanı tam yeniləmişik, uzunmüddətli planın təməlini qoymuşuq”

Futbol
Bu gün, 15:00

Alonso ilə bağlı qərar verildi

Futbol
Bu gün, 14:57

Çində Ronaldonun muzeyinin filialı açıldı

Formula 1
Bu gün, 14:57

Ferrari komandasında Hamilton və Lekler arasında gərginlik artır

Futbol
Bu gün, 14:50

“Milan” "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib

Futbol
Bu gün, 14:50

“Sabah” – “Barselona” oyununa görə rejim dəyişdi

Futbol
Bu gün, 14:48

“Barselona” və “Sabah”ın sabiq futbolçusu: “İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar” - MÜSAHİBƏ + FOTO

Futbol
Bu gün, 14:41

Asim Xudiyevə UEFA Gənclər Liqasının oyununda hakim‑inspektor təyinatı

Futbol
Bu gün, 14:41

“Sabah”ın futbolçusu: “Kunde və Rafinya ilə danışmaq istərdim” - VİDEO

Futbol
Bu gün, 14:40

İtaliyada həvəskar futbol matçı bıçaqla hədə-qorxu səbəbindən dayandırıldı

Futbol
Bu gün, 14:40

“Benfika”nın futbolçusu PSJ-yə “yox” dedi

Futbol
Bu gün, 14:35

APL Fantasy-də 12-ci turun qalibi müəyyənləşib

Futbol
Bu gün, 14:30

Bayernin baş direktoru Musialanın bərpası üçün zaman vermələri gerektiğini bildirib

Futbol
Bu gün, 14:27

“Sabah”ın Barselona ilə qarşılaşması üçün Bakı metrosunun iş saatı uzadılacaq

Futbol
Bu gün, 14:20

“Real”da yeni müqavilə hazırlığı

Futbol
Bu gün, 14:18

“Soyadım yazılmış “Levski” forması mənim üçün sürpriz oldu” - Boris Xetaqurovun İDMAN.BİZ-Ə MÜSAHİBƏSİ - FOTO

Futbol
Bu gün, 14:14

1-ci liqada həftənin hakimləri məlum oldu

Futbol
Bu gün, 14:10

Vəli Qasımov: Yamalın gəlməməsi çox pis oldu - MÜSAHİBƏ

Şahmat
Bu gün, 14:07

“Babam çempion olmağımı arzulayırdı, görə bilmədi” - Avropanı fəth edən Nərminlə MÜSAHİBƏ

Oxşar xəbərlər