Argentina ulduzu Lionel Messi "İnter Mayami" ilə müqaviləsini uzatmağa hazırlaşır. Klub və futbolçu arasındakı danışıqlar artıq son mərhələyə daxil olub və tərəflər yaxın günlərdə yeni razılaşmanı imzalamağı planlaşdırır.
İdman.Biz xəbər verir ki, bu barədə məşhur insider Fabrizio Romano öz "Telegram" kanalında yazıb.
Bu, Messinin MLS mövsümünün son oyununda - "Neşvill"ə qarşı (5:2) het-trik etdiyi çıxışından dərhal sonra yayılıb.
Romano bildirib ki, "Messi tamamilə "İnter Mayami" layihəsinə fokuslanıb". Yeni müqavilənin isə MLS Kubokunun play-off mərhələsindən əvvəl imzalanması gözlənilir.