Argentina millisinin kapitanı Lionel Messi milli komandanın heyətində son məşqini keçirib.
İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Messi oktyabrın 5-də Argentina yığmasının düşərgəsinə qoşulub və Beninə qarşı keçiriləcək yoldaşlıq oyununa hazırlıqlarda iştirak edib.
Görüş oktyabrın 6-dan 7-sinə keçən gecə baş tutacaq.
Bu, Messinin Argentina millisinin heyətində son oyunu olacaq.
Xatırladaq ki, 39 yaşlı futbolçu 2005-ci ildən milli komandada çıxış edir. O, yığmanın heyətində dünya çempionu olub və iki dəfə Amerika Kubokunu qazanıb.