Maykl Olise Fransa millisində 1958-ci ildən bəri ən yaxşı göstəriciyə imza atıb.
"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, futbolçu bunu oktyabrın 5‑də UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda Belçikanı 4:1 hesabı ilə məğlub etdikləri matçda reallaşdırıb.
Yarımmüdafiəçi bu qarşılaşmada dubl edib və bir məhsuldar ötürmə verib.
M.Olise millidə keçirdiyi 29 oyunda 10 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, 1958-ci ildən bəri Fransa yığmasında ikirəqəmli qol və ötürmə sayına ən tez çatan futbolçu olub.
Qeyd edək ki, 68 il əvvəl Raymon Kopa bu göstəriciyə 28 oyunda nail olmuşdu.