top
Mate Abuladze: Kəpəzdə adaptasiyanı tam keçmişəm Idman.biz
07 aprel 2026, 14:12
- ↺ +

Mate Abuladze: "Kəpəzdə adaptasiyanı tam keçmişəm"

"Məncə, adaptasiyanı tam keçmişəm".

Bunu "Kəpəz"in gürcüstanlı müdafiəçisi Mate Abuladze futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Bundan öncəki dörd turda komandanız yaxşı nəticələrə imza atmışdı. Bu mənada millinin oyunları ilə əlaqədar yaranmış fasilənin "Kəpəz"ə mənfi təsir etdiyini deyə bilərik?

– Həyatda olduğu kimi, futbolda da yaxşı və pis günlər olur. Hesab edirəm ki, bu, bizim günümüz deyildi. Milli fasiləyə gəldikdə isə həmin müddəti səmərəli keçirdik. Bunu növbəti matçlarda görəcəksiniz.

– Növbəti turda "Karvan-Yevlax"la üz-üzə gələcəksiniz. Sonuncu pillənin sakini ilə oyunda qələbə qazana biləcəksiniz?

– 3 xal qazanmaq üçün hər şey edəcəyik. Amma rəqibə hörmətlə yanaşmağımız vacibdir. "Karvan-Yevlax"ın sonuncu yerdə olması bizim üçün heç nəyi dəyişdirmir.

– "Kəpəz"ə qışda transfer edildiniz. Gəncə klubuna və ümumilikdə Azərbaycan liqasına tam adaptasiya ola bilmisiniz?

– Məncə, adaptasiyanı tam keçmişəm. Düzü, uyğunlaşmaq mənim üçün çətin olmadı, çünki komandada dostyana bir mühit var. Azər Bağırov və onun məşqçi heyəti kollektiv daxilində yaxşı atmosfer yaradıb. Bundan əlavə, şəhərdə də məni yaxşı qarşıladılar. Sevinirəm ki, küçədə məni tanıyır və tərifləyirlər.

– Azərbaycan və Gürcüstan liqaları arasında hansı fərqlər var?

– Fərq keyfiyyətdədir. Gürcüstan çempionatı çox çətin və gərgindir. Amma Azərbaycan liqasında daha yüksək səviyyəli və keyfiyyətli futbolçular var, həmçinin oyun tempi sürətlidir.

– "Kəpəz"lə imzaladığınız müqaviləyə əsasən, növbəti mövsümdə də Gəncə klubunda olacaqsınız. Gələn sezon daha iddialı "sarı-göylər" görə biləcəyik?

– Ümid edirəm ki, cari mövsümü çox gərginlik yaşamadan, sakit şəkildə tamamlayacağıq və gələn sezon yüksək məqsədlər üçün mübarizə aparacağıq. Bunu deməyimə səbəb odur ki, Gəncədə komandanın yuxarı yerlər uğrunda mübarizə aparması üçün hər cür şərait var. Rəhbərlik və məşqçi heyəti bunun üçün hər şeyi edir. Yenilənmiş stadionumuzda oynamağı səbirsizliklə gözləyirik. Tam fərqli atmosfer olacaq və bu, bizi daha da ruhlandıracaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
09 oktyabr 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Oxşar xəbərlər