"Bavariya"nı keçmiş oyunçusu Markus Babbel "Qızıl top" mükafatını tənqid edib. Sport24.az xəbər verir ki, o, bu barədə "Bild" nəşrinə açıqlama verib:
"Dünyadakı ən böyük sirk tamaşası. İnsanların, hətta böyük klubların öz oyunçuları mükafat qazanmadığı üçün incimələrinə hər dəfə gülürəm. Bu, böyük komediyadır".
Babbel həmçinin futbolda fərdi mükafatlar üçün səsvermə sisteminin tamamilə ləğv edilməsini təklif edib.
Qeyd edək ki, bu ilki "Qızıl top"un (Ballon d"Or") mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Mükafata əsas namizədlər sırasında "Bavariya"nın hücumçusu Harri Keyn, səkkiz dəfə bu mükafatın sahibi olmuş Lionel Messi, "Barselona"nın vingeri Lamin Yamal və "Real" hücumçusu Kilian Mbappe yer alırlar.