Türkiyə təmsilçisi "Fənərbaxça"nın futbolçusu Marko Asensio 3 ay müddətində sahələrdən uzaq qala bilər.
"Report" xəbər verir ki, bu barədə Superliqa klubunun mətbuat xidməti məlumat yayıb.
Sol dizindəki zədə səbəbilə əməliyyat olunan futbolçunun müalicə və reabilitasiya prosesinin təxminən 3 ay davam edəcəyi gözlənilir.
Komandanın digər futbolçusu Natan Akenin isə təxminən 3 həftə sahələrdən uzaq qalmaq ehtimalı var.
Qeyd edək ki, "Fənərbaxça" bütün dünən UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Çexiyanın "Slaviya" klubu heç-heçə (2:2) edib.