"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Erik Ten Haqla bağlı qərarını bu həftə verəcək.
İdman.biz xəbər verir ki, Premyer Liqa təmsilçisinin nümayəndələri daha iki mütəxəssislə görüşüblər.
"Brentford"un baş məşqçisi Tomas Frank və "Çelsi"dən yeni ayrılan Maurisio Poçettino ilə ilkin danışıqlar baş tutub. Ötən həftə "İpsviç"in çalışdırıcısı Kiran Makkenna ilə də danışıq aparan Mançester təmsilçisi hələ seçimini etməyib.
Qeyd edək ki, İngiltərə klubunun namizədləri siyahısında Tomas Tuxelin də adı qalıb.
İdman.biz