Niderlandın "AZ Alkmaar" futbol klubunun yarımmüdafiəçisi Kes Smit İngiltərəyə transfer oluna bilər.
İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 20 yaşlı futbolçu ilə "Mançester Yunayted" maraqlanır. Bildirilir ki, oyunçu bu keçidə maraq göstərsə də, ingilis klubunun transferi reallaşdırması asan olmayacaq. Belə ki, Smitin Niderland təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
"Transfermarkt" portalı yarımmüdafiəçinin dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
Cari mövsümdə Smit Niderland çempionatında 21 oyuna çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.